Kristian Dior özünün yaradıcılığı ilə adını dəb tarixində əbədiləşdirib. Kristian Diorun yaratdığı geyim modelləri moda aləmində kiçik inqilaba səbəb olmuşdur. Hansı ki, bu inqilab qadınlara zəriflik və incəlik bəxş etdi.

    Dəb aləminin unudulmaz siması olan Kristian Diorun məşhur deyimlərin sizə təqdim edirik.

    Özü haqqında:

    “Uşaqlıqda yaşadığım evin dəhşətli dərəcədə xoşagəlməz görünüşü var idi, lakin ən xoş xatirələrim həmin evlə bağlıdır və o evin memarlığı, dizaynı mənim yaradıcılığıma böyük təsiri var. Ev boz çalarlarla açıq çəhrayı rəngə boyanmışdır. Bu rənglərdən öz kolleksiyalarımda tez-tez istifadə edirəm.

    Anamın güllərə olan sevgisinin mənə böyük təsiri var, buna görə də özümü bitkilərin və güllərin əhatəsində hiss etməyi sevirəm.

    Mən saatlarla parlaq, rəngli və işıqsaçan şeylərə məmnuniyyətlə baxa bilərəm.

    Eskizlərimi, rəsmlərimi hər yerdə çəkirəm: qeyd kitabçalarında, salfetkalarda və restoranda verilən hesab kağızlarının üzərində. Hərdən gecə oyanıram və yerimdən durub çəkməyə başlayıram. Mənə həmişə gözlənilməz şəkildə ilham gəlir və mən bu imkanı əldən vermirəm  “

    Öz yaradıcılığı haqqında:

    “ Mənim donlarım – qadın bədəninin proporsiyalarına həsr olunmuş memarlıq nümunələridir.

    Mənim donlarım mənim həyatımdır. Mənimi yeganə hərisliyimdir. Donlar haqqında fikirləşməkdən, təsvir etməkdən və yenidən düşünməkdən zövq alıram “

    Moda haqqında :

    “ Kutürye –  möcüzələr yaratmağa qadir insanlardır.

    Adətən qadınların çoxu ayaqqabılara çox diqqət ayırmırlar, hətta onları ümumi yekun görünüşdə heç bir rola malik olmadığını düşünürlər, lakin unutmaq lazım deyil ki, ayaqqabılar qadının mötəbərliyini, sanballığını əks etdirir.

    Hesab edirəm ki, dizaynerlər, modelyerlər bir növ sehrbazlardır. Arzuları, insanın özünü görmək istədiyi dünyanı bəxş edən sehrbazlar.

    Sanballı olmaq – sadə və səliqəli olmaqdır “

    Qadınlar haqqında:

    “ Əsl qadın kaprizli olmalıdır.

    Qadınların cəlbediciliyi, eleqantlığı 35-40 yaş arasında pik nöqtəyə çatır.

     Dəb öz yerində, amma xüsusi kateqoriyalı qadınlar var ki, onlar dəbi izləmir, həmişə öz seçiminə, tərzinə sadiq qalır və bununla belə olduqca cəlbedici və parlaq görsənirlər, çünki həmin qadınlar xoşbəxt olduqları zaman geyindikləri geyimlərin tərzin qoruyub saxlayırlar və yenidən həmin xoşbəxt anları sanki daşımış olurlar.

    Ətirlər, qoxular – qadının individuallıq göstəcisidir, obrazın son ştrixidir.

    Mənim arzum – qadınları təbiətin gücündən qorumaqdır.

    Ayaqlarınız əyridirsə, dərin dekolteli geyimlərə üstünlük verin” .