Göz ətrafı qırışlarım bəlli olmağa başlayanda anladım ki, artıq böyümüşəm. Yoxsa hələ də 17 yaşlı hiss edirdim. Daha sonra düşünməyə başlayırsan ki, görəsən mən ümumiyyətlə həyatımı düz yaşayıram? Bəs düz nədir? Düz yaşamaq deyə bir şey var? Başlayırsan “Google”da axtarışa, biri deyir düz yaşamaq ürəyinin səsinə qulaq asmaqdır, biri də deyir, hər şeyə ağılla qərar verməkdir. Bəs görəsən doğurdan nədir bu düz? Məncə belə bir anlayış yoxdur! Ancaq bəzi fikirlər var ki, onlar bizi daha düzgün formalaşdıra bilər.

Bizdən yaşca böyüklər də hər zaman düzgün qərarlar vermir, ancaq həyat təcrübələrini birlikdə analiz edə bilərik. Bəyəndiyin sənindir:

60 yaşlı insanlara sual veriblər ki, yaşınızın yarısında olan insanlara nə məsləhət verərdiniz? Sual çox adi olsa da cavablar sizi təəccübləndirə bilər.

  1. İnsanlar həmişə deyir: Sevdiyin işi gördüyünə əmin ol, amma bu o qədər də yaxşı məsləhət deyil. Uyğun iş bəzi vaxtlar sevdiyin, bəzi vaxtlar isə dözə bildiyin işdir hansı ki, həm də sənə maddi cəhətdən kömək edir. Demək olar ki, heç kim işini hər gün sevmir.

  2. Əsl dost gecənin bir yarısında zəng edib çağırdığında belə gələndir. Qalan hər kəs sadəcə tanışlardır.

  3. Həyatını sizinlə paylaşmağa razı olan insanlar ən önəmli insanlardır. Onları dəyərləndirin!

  4. Heç kim – Kaş ki, çox işləyərdim deyə düşünüb, peşman olmur… Çox işlə amma heç vaxt işini ailəndən,dostlarından və ya özündən önəmli sayma!

  5. Bəziləri uzun yaşayır və bəziləri qısa yaşayır- kim bilir… Amma inan mənə ən yaxşısı gənckən sağlamlığının qeydinə qalmaqdır.

  6. Həyatda çətinliklərlə üzləşdiyinizdə sadəcə keçmiş gözəl günlərinizi yada salın və gözlərinizi bağlayıb dərin bir nəfəs alın!

  7. Bu dünyada yaşamaq üçün sadəcə bir şansımız var. 60 yaşında ayılıb istədiyiniz şeyləri etmədiyiniz üçün peşmançılıq çəkməyin!

  8. Heç kimin məsləhətini müqəddəs saymayın. Hörmət etdiyiniz hamıdan məsləhət ala bilərsiz, amma özünüzü vəziyyətinizə görə özünüz dəyərləndirin və hər zaman özünüzün doğru bildiyi kimi edin!

  9. Əşyalar sadəcə əşyadır! Onları dəyərləndirməyin, əvəzinə zamanınızı və təcrübələrinizi önəmsəyin.

  10. Kiçik şeylərdən həzz alın və anı yaşayın. Nəyi nəzərdə tuturam? Belə görünür ki, indiki gənclər bir başa böyük həzz istəyirlər. Bəs nə üçün həyatımızda baş verən kiçik hadisələrdən həzz almayaq? Biz bu əsrarəngiz planetdə həmişə qalmayacayıg və böyük həzzlər bəzən kiçik fəaliyyətlərdə gizlidir.

  11. Mesaj yazmaqdansa zəng et və xüsusi olmasa belə bir şeylər haqqında söhbət et. Bu daha yaxşı hiss etdirir.

  12. Bütün xərclərini ödə və borclardan uzaq gəz!

  13. Qısqanclıq münasibətləri korlayır. Qısqanclıqdan uzag dur və güvən.

  14. Əgər arzusunda olduğun çox böyük bir şeyləri etmək istəyirsənsə bunu et. Bacara bilməsəndə bu qədər böyük bir şeyi etdiyin üçün başqalarının rəğbətini qazanacaqsan!

  15. İnsanları mühakimə etməyin. Bu sizi daha sərhədsiz edəcək!