• 1452-ci ildə İtaliyanın Vinçi şəhərində anadan olub
  • Atası notariat Pyero, anası kəndli qızı Katerina (qanunsuz nigah)
  • İlk əsərini hələ uşaqlıqda yaratmışdır – “Əjdaha qalxanı”
  • Leonardonun müəllimi Toskaniyanın ən məhşur rəssamı Andrea del Verokko olmuşdur
  • Onun sahələri: Mühəndis, rəssam, mexanik, musiqiçi, riyaziyyatçı, ixtiraçı, arxeoloq, meteoroloq, astronom, memar və s.
  • Onu cadugər, şeytanın qulu, italiyalı Faust və İlahi ruh adlandırırdılar
  • O kulinar kimi bir çox ixtiraların sahibidir: Soğan doğrayan,kiçik tavalar. Hətta ilk salfetkanı da o fikirləşib.
  • Onun ən məhşur əsəri “Mona Liza” və ya “Cokonda”dır. Əsərdəki qadın təsvirində kimdir sualına bu günə kimi tam doğru cavab verilməyib. Bəziləri onun Florensiyalı varlı Francesko del Cokondanın arvadı, başqaları hersoq Culiano Mediçinin məşuqəsi, digərləri alimin öz anası və ya Leonardonun özünün olduğunu güman edirlər.
  • “Mona Liza” əsəri alimin ölümündən sonra onun şagirdinə-Françesko Melçiyə keçmişdi. Sonra onu Fransa kralı I Fransisko (alimin himayədarı olub) almışdı. Sonralar “Cokonda” Versal sarayına qoyulmuşdur. XV Lyudovik onu anbara qoymağı əmr etmişdir. Napaleon Bonopart isə oradan gətirərək Tyulri sarayında  öz yataq otağında asdırmışdır. Sonralar Napaleonun Luvrdakı muzeyində saxlanılırdı. 1911-ci ildə italiyalı Vinçenzo Perudja Luvrdan əsəri oğurlayaraq öz evində 3 il gizlədə bilmişdir. Luvra qayıtdıqdan sonra “Cokonda”yalnız  iki dəfə Luvru tərk etmişdir 1963-cü ildə ABŞ və 1974-cü ildə Yaponiya və SSRİ-də nümayiş olunmuşdur. Hal-hazırda “Mona Liza” Luvrda saxlanılır.
  • Leonardonun yaşayıb-yaratdığı şəhərlərin siyahısı belə olmuşdur : Vinçi – Florensiya – Milan – Roma – Paris
  • Onun “Mona Liza” əsərini ilk kopya edən şəxs Rafael olmuşdur
  • Rəssamın son əsəri – “Xaçlı İoann” olmuşdur
  • Onun bütün əsərləri (günümüzə kimi onun ancaq 7000 səhifələri çatmışdır) güzgülü şəkildə (yəni ancaq güzgüyə baxaraq yazını oxumaq mümkün ola bilərdi) yazılmışdır. Alim beləcə öz əsərlərini şifrələyirdi.
  • Leonardo 1519-cu ildə Paris yaxınlığında, Ambuaz qəsrində vəfat etmişdir.
  • Leonardo müasir vertolyot və ya helikopter, sualtı qayıq, paraşüt və s. ilk ideya sahibi sayılır.
  • Leonardo da Vinçinin Parisdə Ambuaz qəsrindəki qəbrinin üzərində bu sözlər yazılıb : “Bu kapellanın divarlarında Fransa krallığının dahi rəssamı, mühəndisi və memarı Vinçidən olan Leonardonun qalıqları saxlanılır”
  • Vinçi şəhərində “Leonardo da Vinçinin ideyaları” muzeyi fəaliyyət göstərir.