Çoxumuzun bildiyi kimi məhşur aktyor Leonardo di Caprio həm də ətraf aləmin və təbiətin aktiv mühafizəçisidir. BMT-nin xoşməramlı səfiri, nəsli kəsilməkdə olan heyvanların mühafizəçisi, xəstəliklər və yoxsulluqla mübarizə aparan qurumların dəstəkçisi olan bu gözəl insandan həyata aid məsləhətlərə baxaq:

  1. Xarakterini möhkəmləndirdiyi üçün həyatda çətinliklərə minnətdar olmalısan

  2. Mən başa düşürəm ki, tarixin gedişini dəyişə bilmirəm. Sadəcə rolumu ifa edirəm və buna görə qonorar alıram. Ümumiyyətlə, biz aktyorlar klounlara bənzəyirik. İşimizi görür və buna görə pul alırıq.

  3. Arabir ətrafına bax və sənin uğurlarına sevinməyənlərə nəzər sal.

  4. Düzünü demək lazımdırsa, karyeram boyu “Oskar” mükafatı haqqında düşünməmişəm. Mükafatlar mənim motivasiya mənbəyim deyil. Mən dahi insanlarla işləməyi sevirəm və bununla fəxr edirəm.

  5. Yalnız sən özün üçün nəyi isə dəyişə bilərsən. Əgər səndə alınmırsa, günahı başqalarında və ya olduğun vəziyyətdə görmə.

  6. Əgər sənin sevdiyin bir işin varsa və sən işləməkdən zövq alırsansa, digərlərindən çox öndəsən.

  7. Bilirsiz mən “Qetsbi” rolunda oynayarkən nəyi öyrəndim? Səbr etməyi. Mən bizim hamımızın buna ehtiyacı var. Səbr etməyə və ümidə…

  8. Dəblə ayaqlaşan insanlardan deyiləm. Mənim ideologiyam var.

  9. Qardaşlar həmişə hər hansı bir məsələ haqqında danışmaya da bilərlər. Onlar sadəcə eyni otaqda ola və özlərini rahat hiss edə bilərlər.

  10. Aktyor olmağın digər üstünlüyü də ondadır ki, sən mütəmadi olaraq “dəyişə” bilərsən və buna görə sənə pul ödəyirlər. Mən artıq kim olduğumu unutmuşam. Zaman keçdikcə mən də dəyişirəm.

  11. Əgər sən əlindən gələn hər şeyi etmisənsə, narahat olmağa dəyməz. Narahatçılıq heç bir şeyi dəyişməyəcək.

  12. Həyatda bir məqsədin yoxdursa, məqsədi olanlar üçün işləməyə məcbursan.