Qida haqqında aşpazdan daha çox bilən ikinci kəs dietoloqdur. Təbii ki, sıradan insanlar üçün onun qida rasionun həddindən artıq məhdudiyyətli sayıla bilər, ancaq bəzi qaydalara əməl etmək sağlam olmaq üçün şərtdir. Dietoloq bu məhsulları əlinin tərsi ilə itələyər:

Emal olunmuş ət məhsulları

Daha dəqiq desək polufabrikatlar: sosislər, kotletlər, kolbasalar. Bir sözlə, tərkibində bolluca duz və qatqı olan qida məhsulları. Dietoloqlar bu məhsulları rasiondan bir yolluq çıxarmağı məsləhət görür, çünki onların tərkibində həm də, sağlamlıq üçün zərərli yağlar da var.

Ketçup və digər souslar

Əgər bu məhsulların qablaşdırmasının üzərində yazılan tərkib hissələrinə baxsanız, çox miqdarda natrium və şəkərin olduğunu görəcəksiniz. Bu səbəbdən də, dietoloqlar onları ev şəraitində hazırlamağa və ya sadəcə zeytun yağı ilə kifayətlənməyi məsləhət görür.

Rəngarən xoruzlar

Tərkibində aşırı miqdarda şəkər və qida boyası olan məhsullar təkcə dişlər üçün deyil, həm də çəki üçün təhlükəlidir. Karamel və xoruzların tərkibində olan boş kalorilər aclığa güc gəlmək əvəzinə, daha da iştah verər.

Dondurulmuş qida

Əridilməsi lazım olan dondurulmuş qidalar dietoloqların qara siyahısına daxildir. Onların tərkibində duz, şəkər, konservantlar, ədviyyat və kağıza belə tam verəcək dad gücləndiricilər var.