Dikdaban ayaqqabı geyinən qadının ayağının 3D  fotosu çoxlarını bəlkə də, bu cür ayaqqabı geymək  fikrindən daşındıra bilər.

 Böyük Britaniyada Royal National Orthopaedic Hospitalın  işçiləri dikdaban geyinən qadın ayaqlarının ilk 3D fotosunu  hazırlayıblar. Xəstəxananın ortopedik konsultantı Endi  Qoldberq deyib. Yeni skanner imkan verir ki, dikdaban  ayaqqabılı qadınların ayaqlarının əslində necə göründüyünə  baxaq. Xəstələr xüsusi olaraq skannerin qarşısında dayandıqdan sonra dikdaban ayaqqabı geyinirlər. Və yüzlərlə 2D rentgen onların ayaqlarının dəqiq fotosunu çəkir.

Bu ilk dəfədir ki, dikdaban ayaqqabının ziyanlarını canlı görmək olur. Həkimlər bildirirlər ki, dikdaban ayaqqabılar ayaqların formasını dəyişir və buna görə də ayaqlarda və dabanlarda uzun müddətli ağrılar yaranır. Xatırladaq ki, Türkiyədə dünən dikdaban ayaqqabılara görə faciə yaşanıb. 19 yaşlı Ceyla Kaplan dikdaban ayaqqabı geyinərək toya getmək istəyib. Lakin ayaqqabısının dabanı ilişdiyindən o beton zirzəmiyə yıxılıb. Xəstəxanaya qaldırılsa da, həyatını xilas etmək mümkün olmayıb.