Siz də bu ifadəni eşitmisiniz və ya işlətmisinizsə, onda bu məlumat sizin üçün də maraqlı olacaq.

Hərdən bildiyimiz, gördüyümüz və ya sadəcə məlumatlı olduğumuz bir şeyi xatırlaya bilmirik. Bu, beynimizdəki “sıra ilə xatırlama” mexanizmi ilə bağlıdır. Bir mahnını və ya sözü yada salmaq üçün onun baş verdiyi yeri, situasiyanı xatırlamağınız lazımdır. Bir şeyi xatırlamaq üçün beyində xatirələrin arasında bu məlumat parçasının daxil olduğu hadisəni yada salmalıyıq.

Böyük ehtimalla “axtarış əməliyyatı” uğurla başa çatır. Amma əgər əksinə, hələ də “dilimin ucundadı, bu dəqiqə deyəcəm” vəziyyətindəsinizsə, beyninizi məşğul edəcək başqa bir şey tapın. Məsələn, bir mahnı oxuyun ki, beyin də bu vaxt ərzində rahatca “axtarış” aparsın və uğurlu nəticə versin