Gündəlik və sadə bir vasitə olan diş fırçasının dünyadakı həyat şərtlərinin ədalətsizliyini göstərəcək güclü bir meyar ola biləcəyini heç düşünmüşdünüzmü? 3 aydan bir yenisini satın aldığımız və başqaları üçün nə kimi mənalar daşıya biləcəyini heç ağılımıza gətirmədiyimiz bu sıradan icad bəziləri üçün böyük bir lüksdür..


Diş baxımı əslində əsrlərdir dünyanın hər yerindən insanlar üçün olmazsa olmaz bir gigiyena qaydasıdır. Sənətçi Anna Rosling-Rönnlund bu mövzuya çox fərqli yaxınlaşaraq müxtəlif mədəniyyətlərdən olan insanların diş fırçası yerinə istifadə etdiyi vasitələri sıralamışdır. Fotoşəkillər fərqli cəmiyyətlərin həyat standartlarını təəccüblü bir şəkildə ortaya qoyur.


1. Nə plastik bir vasitə, nə də fırça tükü yoxdur..

Afrikalı bir qadın, “dişlərinizi nə ilə fırçalıyırsınız?” sualına fotoşəkildəki cavabı vermişdir. Barmağı ilə işarə etdiyi yer yaşadığı daxmanın kərpic divarlarıdır. Bu əslində dünyadakı gündə 1 dollardan daha az pul xərcləyən 1.5 milyard insanın ortaq cavabıdır. Kərpic dişləri təmizləməklə bərabər, geyim və qabları da yuyarkən istifadə edilir.


2. Tək istifadəlik diş çöpləri..

Afrikalı ailə, dişlərini təmizləmək üçün biraz fərqli vasitədən istifadə edir. İlk baxışda sadə bir budaq kimi görünə bilər, amma budağın qırıldığı nöqtəyə yaxından baxsanız ucuna doğru incəldiyini və bizim istifadə etdiyimiz diş çöplərinə bənzədiyini görə bilərsiniz. Diş fırçası almağa gücü çatmayan bir ailə üçün yonulmuş bir ağac budağı diş təmizləmək üçün mükəmməl bir yoldur.


3. Ailəlikcə istifadə olunan diş fırçası.

Liberyalı bir ailə sualı, bütün ailənin paylaşdığı tək bir diş fırçasını göstərərək cavablamışdır.


4. Səliqəli şəkildə düzülmüş diş fırçaları.

Nepalda bir ailə diş fırçalarını fotoşəkildəki kimi divar aralarına asaraq qurudurlar. Beləcə daha sürətli quruyur və təmiz qalırlar. Bu üsul, çox əşya olmayan evlərdə ortaq bir həll yoludur. Avropa xaricində bir çox bölgədə bu nümunəyə rast gələ bilərsiniz.


5. Yığcam bir saxlama forması olaraq istifadə olunan plastik taburetka

Filipinli bir ailə də diş fırçalarını bu şəkildə qurudur. Diş fırçalarını qurutmaq üçün boş bir plastik taburetkanın olması, rifah səviyyəsi baxımından müsbət bir göstəricidir.


6. Ailə üzvlərinin hər birinə xas fərdi diş fırçaları.

Fotoqraf Rosling-Rönnlund, Vyetnamlı ailənin bu fırça asqısını çox sevmişdi. “Məncə bu gəlir səviyyəsinə sahib olmaq ovsunlayıcı bir şeydir, hər kəsin özünə xas müxtəlif diş fırçaları vardır.” Ailənin rifah səviyyəsini göstərən detallardan ən əhəmiyyətlisi dəbdəbəli diş fırçalarına sahib olmasıdır, xüsusilə də çəhrayı olan…


7. Və bu layihənin zirvəsi.

Fransız ailənin elektrikli diş fırçaları, birinci sinif diş baxımına daxildir. Fotoşəkildəki əsl təəccüblü detalsa, uşaq diş fırçasının olmamasıdır, çünki evdə uşaqların dişlərini fırçaladığı ayrı bir hamam otağı var.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry