Djenne Məscidi, təməli 1280-ci ildə atılan, amma bu günki halına 1907-ci ildə çatılmış olan, Malidə Bani çayı sahilində dünyanın ən böyük kərpic məscididir. YUNESKO-nun Mədəniyyət Mirası siyahısındadır.

Yalnız Djenne’nin deyil, bütün Afrikanın ən maraqlı əsərlərindən biri olan “Böyük Djenne Məscidi ” bütün sirr və izzəti ilə şəhərin ortasında yüksəlir. 3 minarəsi, 60 metr eniyle içi və həyətlərində 50 min adamın eyni anda namaz qıldığı, hamısı torpaqdan inşa edilmiş möhtəşəm bir Məscididir. Bu arxitektura tərzinə Sahel – Sudenez (Sudan-Fransız stili) deyilir. Binanın dörd tərəfində “Müsəlman olmayanların girməsi qadağandır ” yazan lövhələr var.

Yüzdən çox dörd künc sütun torpaq binanı ayaqda tutur. Məscid ilk dəfə 14-cü əsrdə tikilmiş, bir neçə dəfə yıxılan məscid , bu günki halıyla 1907-ci ildə inşa edilmişdir.

Cennelilər hər il yağış mövsümündən sonra Böyük Djenne Məscidinə sanki bayram coşğusuyla suvaq vurur. Palçığın əmələ gəldiyində imam tərəfindən verilən işarənin ardından məscid həyətində gənc yaşlı, zəngin kasıb demədən toplanan əhali, ibadət kimi köhnələn məscidlərini təmir edir. Kərpic divarlı, qum zəminli nəhəng quruluş, 7 əsrdən çoxdur ayaqda qalmasını Cennelilərin palçıq baxımına borcludur.

1990-cı illərdə yerli idarəetmə məscidə səs sistemi taxmaq istəyir, lakin cennelilər tarixi tikiliyə zərər gələr narahatlığıyla buna qarşı çıxar. Bəzi qərbli arxeoloqların da dəstəyiylə səs sistemi etinayla yerləşdirilir.