Tamamilə subyektiv bir mövzu olsa da çox insan üçün doğum günləri çox özəldir. Sevdikləri tərəfindən o günün xatırlanmasını istəyərlər. Bir digər subyektiv mövzu isə musiqi zövqləridir. Sizin dinlərkən özünüzü çox xoşbəxt hiss etdiyiniz bir mahnıdan başqa bir insan heç bir şəkildə təsirlənməyə bilər. Musiqi deyilən ünsür; insan tarixinin hər dövründə bir şəkildə iştirak etmişdir. Doğum günlərində də…

    İllər keçdikcə dəyişirsiniz. Musiqi dünyası da dəyişir. Dəyişməyən tək şey doğum günlərimizdir. Bütün bunlardan yola çıxsaq doğum gününüzdə dünyada hansı mahnıların ən çox dinlənildiyini, hit olduğunu öyrənmək istəyirsinizsə, bunun üçün bir xidmət yaradılmışdır. Playback.fm’in bu səhifəsinə girib, doğum gününüzü yazaraq hit olan mahnını öyrənə bilərsiniz. Kim bilir? Bəlkə də mahnını öyrənincə özünüzü yenidən daha xüsusi hiss edə bilərsiniz…