İnsan bədəni milyonlarla sayda hüceyrələrdən ibarətdir ki, onların hər bir qrupu orqanizmdə müəyyən vəzifələri yerinə yetirirlər.

    Məsələn, qandakı eritrositlər (qırmızı qan cisimcikləri) orqanizmin bütün hüceyrələrinə oksigen daşıyır, dəri hüceyrələri insan bədənini örtərək onu müxtəlif zərərli faktorların təsirindən qoruyur və s.

    Normal hüceyrələr inkişaf edir, bölünərək artır və müəyyən müddətdən sonra ölürlər. Bütün bu proseslər, mütləq olaraq, müəyyən qaydalar çərçivəsində baş verir ki, buna da orqanizm tərəfindən dəqiq nəzarət olunur, ancaq bəzən hər hansı bir səbəbdən, hər hansı bir orqanın müəyyən qrup hüceyrələrində (mədə, qara ciyər, yumurtalıq, uşaqlıq, dəri və s.) “pozğunluq” baş verir ki, bunun da nəticəsində həmin hüceyrələr birdən-birə çox sürətlə və nəzarətsiz şəkildə bölünməyə başlayaraq orqanizmdə onlar üçün ayrılan vəzifəni yerinə yetirmirlər. Beləliklə, xərçəng şişi formalaşır.

    Xərçəng şişi inkişaf edərək sağlam toxumalara da yayılır, onları da öz toxuma hüceyrələri ilə əvəz edərək bu və ya digər orqanların öz funksiyalarını yerinə yetirməsinə mane olur. Başqa toxumalara yayılmaq (metastaz vermək) – xərçəng şişin əsas xüsusiyyətidir.

    Xərçəng hüceyrələri qan və limfa damarları vasitəsi ilə bədənin daha uzaq yerlərinə də yayılırlar (metastaz verirlər). Bundan başqa, xərçəng hüceyrələri adətən, insanın  orqanizminə zərərli təsir göstərən toksik maddələr də ifraz edirlər. Bu maddələrin təsiri nəticəsində insanın orqanizminin ümumi vəziyyətinin pisləşməsi (ümumi zəiflik, iştahanın itməsi, kəskin arıqlama və s.) də baş verir.

    Xəstəliyin qarşısını almaq üçün qidalanma sistemini yenidən qurmaq lazımdır. Ilk növbədə, çətinəriyən yağlardan imtina etmək lazımdır. Bu növ yağlar donuz, mal ətinin, kərə yağının tərkibində olan yağlardır. Sadaladığımız ərzaqları qida rasionundan azaltmaq lazımdır, lakin bunu dərhal deyil, tədricən və ağılla etmək lazımdır.

    Sağlam qidalanma sxemi aşağıdakı kimi olmalıdır: həftədə iki dəfə tərəvəz günü, iki dəfə balıq, həftədə bir neçə dəfə qaynanmış və ya pörtlədilmiş ət yemək olar. Yeməkləri bitki yağlarında hazırlamaq məsləhət görülür, məsələn, zeytun, qarğıdalı və soya yağları. Yaxşı olardı, tədricən qızardılmış yeməklərdən imtina edəsiniz. Belə ki, onlar ankoloji xəstəliyə tutulma risqini artıran kanserogen maddələrini özündə cəmləşdirir. Konservləşdirilmiş və hisəverilmiş balıq və ətdən də imtina etsəniz yaxşıdır. Əgər əti qaynadırsınızsa, onda bunu belə də edə bilərsiniz: ət qaynayıb 10 dəqiqə bişdikdən sonra suyunu süzün, təzə su əlavə edib yenidən qaynadın. Dəniz balığı, məsələn, treska, paltusun tərkibində yod var və onlar bizim harmonal fonumuzu normada saxlamağa kömək edir. Bu da şişlərin inkişafının qarşısını alır.

    Ümumiyyətlə, özünü xərçəng xəstəliyindən qorumaq istəyirsinizsə, onda masanızın baş yeməyi meyvə və tərəvəz olmalıdır. Ilk növbədə bu, sarı, yaşıl və qırmızı-narıncı meyvələrdir: balqabaq, xurma, ərik və s. Kələmi isə məxsusi qeyd etmək lazımdır. O, qadın onkoloji xəstəliklərinə meyilli olanlar üçün çox xeyirlidir. Həmçinin, çuğundur və ispanaq da çox lazımidir. Hisəverilmiş ərzaqlar (kolbasa, sosiska) sağlamlığa böyük ziyan vurur. Təcrübələr göstərir ki, kalorili qida şişlərin inkişafını tezləşdirir. Buna səbəb maddələr mübadiləsinin immunadepresiyasıdır. Həmçinin, şişlərin yaranma tezliyinə təsir edən səbəblərdən biri kalorinin birdən aşağı düşməsinə səbəb olan yüksək fiziki gərginlikdir. Eyni zamanda, şəkərdən istifadə də məsləhət görülmür, əvəzində təmiz bal qəbul edin. Qarabaşaq, buğda, darı masada bir-birlərini əvəzləməlidir. Süd və süd məhsullarını aşağı yağlılıqda, 1,5-2,5 % qəbul etmək məsləhət görülür. Vitaminli içkilər çox xeyirlidir. Xüsusilə də otlar və onların meyvələrindən hazırlanmış içkilər. Misal üçün itburnu, qarağat, moruq, adaçayı, mərsin, başınağacı yarpaqlarından, cökə, air, gicitkən, bağayarpağı, qatırquyruğu çiçəklərindən hazırlamaq olar. Çayların arasında yuxarıda qeyd etdiyimiz kimi, yaşıl çaya üstünlük vermək məsləhətdir. Onun tərkibində olan katehin və tanin orqanizmi xərçəng xəstəliyindən qoruyur. Iş rejimini, istirahəti və idmanla məşğul olmağı unutmaq olmaz. Eyni zamanda, ətraf mühitin çirklənməsi də xoşagəlməz şişlərin yaranmasına səbəb olur. Güclü mənfi emosiyalardan qaçın. Qidanızı, həyatınızı planlaşdırın və sağlamlığınızı qorumaq naminə nədənsə imtina etməyi bacarın.