Döyüş ruhu, müdafiə qabiliyyəti və döyüşə istənilən anda hazırlıq – dövlətin əsas təhlükəsizlik kriteriyalarıdır. Təhlükəsizliyin maksimal təminatı üçün dünya ölkələrinin ordularında bəzən inanılmaz, hətta dəhşətli döyüş təlimləri keçirilir. Siyahımızda ən dəhşətli döyüş təlimləri keçirilən ölkələri təqdim edirik:

http://imageshack.com/a/img661/1548/ZQkwnG.jpg

Sinəyə odlu silahdan atəş açmaq, Rusiya Xüsusi Təyinatlı Dəstə.

Bir-birinin sinəsinə atəş açmaq Rusiya Xüsusi Təyinatlı Dəstəsi-nin əsas məşqlərindən biridir (təbii ki, qoruyucu jiletlə). Bu məşqlərin əsas məqsədi hərbiçilərdə güllə atəşinə məruz qalmaq qorxusunun, panikanın məhv edilməsidir.


http://imageshack.com/a/img540/6437/hMhbkC.jpg

Odlu kürəciklərə baş vurmaq, Çinin xilasedici ordusu.

Şəkildə odlu kürənin içinə tullanan əsgər təsvir olunub. Əsgər adi paltardadır və heç bir qoruyucu örtükdən istifadə olunmayıb. Məqsəd əsgərləri real döyüşdə, vəziyyətdə keçirə biləcəyi hisslərə, panikaya, adrenalinə vərdiş etdirməkdir.


http://imageshack.com/a/img913/9802/dBLCi7.jpg

İlan qanının qidaya əlavə edilməsi. ABŞ.

Amerikalı əsgərlər ilan qanı içir, quşun,toyuğun başın dişi ilə qopardır. Bu əsgərlər əsl vəhşi kimi yetişdirilir.


http://imageshack.com/a/img673/6582/Gyxj3s.jpg

Sualtı təlimlər. ABŞ.

Əsgərlərin hər cürə vəziyyətdə, hətta suyun altında çıxılmaz vəziyyətdən qurtulmaq üçün ən çətin sınaqlardan keçirirlər. Beləki, onların əl-ayaqlarını bağlayıb suyun dibinə atırlar. Ordan səssiz və görünməz şəkildə çıxmaq isə hər əsgərin borcudur.


http://imageshack.com/a/img905/7641/W1H0PA.jpg

Qumbara ilə “kartof” oyunu, ÇXR.

Şərq ölkələri həmişə özənəməxsusluğu ilə seçilib. Bu özünəməxsusluq özünü orduda aparılan təlim məşqlərində də göstərir. Beləki, orduda əmrlərin yetirilməsi dəqiqliyini və sürətini artırmaq üçün əsgərlər ölümcül təhlükəli olan “qaynar kartof” variasiyasını yerinə yetirirlər. Bu zaman əsgərlər əsl döyüş qumbarasını bir-birinə ötürüb atırlar.


http://imageshack.com/a/img537/104/kcxSNS.jpg

Kərpiclərə baş vuraraq sındırmaq, ÇXR.

Bu təlim əsgərlərdə dözümlülük və qorxmazlıq xüsusiyyətlərini inkişaf etdirmək üçün keçirilir.