Dünya Universitetlərinin reytinqi hansı meyarlara əsasən tərtib olunur

207

Xaricdə təhsillə maraqlanan hər kəs ilk öncə universitetlərin Beynəlxalq reytinqinə göz atmış olmalıdır. Bəs dünya universitetlərinin reytinqi hansı meyarlara əsasən tərtib olunur?

Times Higher Education (THE)Academic Ranking of World Universities (ARWU) və QS World University Rankings kimi nəhəng beynəlxalq reytinqlərin ekspertləri sıralanmanı müəyyən edərkən aşağıdaki meyarlara diqqət yetirir:

  • tədris
  • tədqiqat fəaliyyəti
  • akademik reputasiya
  • universitetdə məşhur professorların və nobel mükafatı laureatlarının sayı
  • müəllimlərin nitqindən gətirilən sitatların statistikası
  • universitetdə xarici tələbə və müəllimlərin sayı, beynəlxalq aktivlik
  • işəgötürənlərin rəyi və məzunların karyera potensialı
  • məzunların işlə təmin edilməsi

Bundan əlavə reytinqdə yer almaq üçün universitet ən azı iki geniş sahədə (məsələn, incəsənət və sosial fənlər, mühəndislik və texnologiya, hüquq və biznes) bakalavr və magistr proqramlarını tədris etməlidir.

İllərdir ki, hər 3 reytinq platformasında ABŞ və Britaniya Universitetləri liderliyi qoruyub saxlayır. Son reytinqdən TOP 10 Universitetləri diqqətinizə təqdim edirik:

  1. ABŞ, Massachusetts İnstitute of Technology (MIT)
  2. ABŞ, Stanford University
  3. ABŞ, Harvard University
  4. ABŞ, California Institute of Technology
  5. Böyük Britaniya, University of Cambridge
  6. Böyük Britaniya, University of Oxford
  7. Böyük Britaniya, University College London (UCL)
  8. Böyük Britaniya, Imperial College London
  9. ABŞ, University of Chicago
  10. İsveçrə, ETH Zurich
Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

Xonca.al