Paulo Koelho-dünya şöhrətli yazışıdır. Hal-hazərda yazıçı nə az, nə çox düz 18 kitab müəllifidir.Yazıçını məşhurlaşdıran kitab isə “Kimyagər “ olub, hansıki dünya miqyaslı bestseller sayılır.Paulo Koelhonun əsərləri həyata optimist yanaşmağa , sevmək üçün özündə güc tapmağa kömək edir.

    Yazıçının sevgi və həyat haqqında ən yaxşı sitatlarını seçıb sizin öıdənizə buraxırıq.

    1.Həyat qısadır.Ən vacib sözləri deyilməmiş qoymaq olmaz.

    2.Bir şeyi sidq ürəkdən istəyəndə bütün kainat bu istəyin yerinə yetməsinə sənə kömək olacaq.

    3.Cəsarətli olun.Risk edin.Təcrübəni heçnə əvəz etmir.

    4.Həyatda bir dəfə baş verənlər, ola bilsin ki bir də heç vaxt baş verməsin.Amma bir şey ki 2 dəfə təkrarlanır, deməli mütləq 3-cü dəfə də baş verəcək.

    5.Hesab etsəniz ki, arzu etdiklərinizi heç vaxt əldə etməyəcəksiniz, o zaman bu istiqamətdə çalışmaq üçün bütün qüvvənizi itirmiş olacaqsınız.

    6.Həyat həmişə hərəkət və fəaliyyətə başlamaq üçün lazım olan vaxtı gözləyir.

    7.  – Mən səni sevirəm ona görə ki…

         – Heçnə demək lazım deyil, – deyərək qız onun sözün kəsdi, – Sevəndə sadəcə olaraq sevirlər.Sevgi səbəb tanımır.

    8.Nə qədər ki insanlar xoşbəxt ola bilirlər, o qədər də özlərini bədbəxtçiliyə məhkum edirlər.

    9.Anlamağa başladım ki, həyatımın mənasızlığı öz günahımdır.

    10.Sevgi insanı qısa bir zamanda dəyişirsə, ümüdsüzlük bunu daha tez edir.

    11.Gözlənildiyimiz yerlərə gəlişimiz həmişə vaxtında olur.

    12.İnsanlar xeyirin dəyərin anlamaq üçün onların başına mütləq bir pislik-şər gəlməlidir.

    13.Hətta işləməyən saatlar belə sutkada 2 dəfə vaxtı düz göstərir.

    14.Daima özünü bədbəxt hiss etmək- yolverilməz təmtəraqdır.

    15.Bəzi insanlar dünyaya həyat yollarını tək addımlamaq üçün gəliblər.Bu nə pis, nə də yaxşıdır. Bu həyatdır.

    16.Ruhun gücünü ancaq baxışlar ifadə edir.

    17.Uşaqlar böyüklərə 3 şeyi öyrədə bilərlər: səbəbsiz olaraq sevinməyi, özünə həmişə məşğuliyyət tapmağı və hər şeydə inadkarlıq etməyi.

    18.Öz arzusunu reallaşdırmaq üçün insan hər şeyə malikdir.

    19.Bütün cavabları tapan kimi suallar dəyişdi.

    20.Həyata yenidən başlamaq üçün bəzən ölmək lazım gəlir.

    21.Sənin axtardıqların səni axtarır.

    22.Başqalarının nə düşündüyünə önəm verməyin.Çünki yaxşı-pis onsuzda bir şey fikirləşib tapacaqlar.

    23.Şans yeganə olmur.Həyat mütləq 2-ci dəfə də insana şans verir.

    24.Həyat bəzən 2 yaxın insanı ayırır ki, onlar bir-birinin dəyərini anlasınlar.

    25.İnsanlar elə yaşayırlar ki, sanki heç vaxt ölməyəcəklər.Öləndə də elə ölürlər ki, elə bil yaşamayıblar.