Dünya bazarında gedən ticarət prosesi və alış-veriş o qədər rəqabət meyilli olub ki, artıq insanlar da öz aralarında marka rəqabəti edirlər və daimi öz aralarında ən bahalı və ən keyfiyyətli, əldə oluna bilinməyən mallar əldə etmək üçün yarışırlar. Bu cür proseslər insanların böyük sosial bölgüyə ayrılmağa gətirib çıxarır. İnsanlar əvvəllər elmi bilik və mədəniyyətinə görə bölünürdülərsə, hal-hazıda sistem tamamilə dəyişib və insanlar bir-birinə əldə etdiyi maddiyata görə hörmət edir və ona uyğun olaraq səviyyə müəyyən edirlər. Əlbəttə bu, bütün insanlara xas xüsusiyyət deyil ancaq kapitalizm sistemi insanlarin demək olar böyük hissəsini artıq marketing və brend qurbanı edibdir. Hamı daha yaxşı,keyfiyyətli və bahalı ləvazimat və ya maddi ehtiyac almaq üçün bütün ömür boyu işləyir və kimlərinsə qulu olur. Qulu dedikdə bu həm həqiqi mənada həmdə məcazi mənada başa düşülə bilər.

Bu cür proseslərin olduğu bir dövrdə bəzi insanlar da çalışırlar ki, cəmiyyətə faydalı olsunlar və onları düşünsünlər. Əlbəttə, könül istər ki, milyarder olub hamı üçün hansısa premium markanı alasan ki, həmin insanların həyatını psixoloji ən az 5 il gələcəyə atasan. Çünki, hal hazırda insanlar hansısa bahalı bir telefon markasını almaq üçün orta əmək haqqı ilə ən az 4-5 il çalışıb, nələrindənsə keçməklə bu maddi ehtiyacı əldə edə bilərlər. Halbuki bu cür ehtiyaclar kiçik toxunuşlarla da mümkündür.

Çox araşdırmalarımdan sonra qərara aldım ki, hal hazırda insanlar üçün ən faydalı sistemlərdən və onlayn səhifələrdən biri elə Oduha.com saytıdır. Burda insanlar əldə etmək istədiklərini sadəcə kiçik bir toxunuşla edə bilər. Bu toxunuş başqalarından çox fərqlənir, çünki normalda satılan malların qiymətini satan tərəf özü qeyd edir və dəyərini firma özü təyin edir, ancaq bu saytdan sizə lazım olan malın dəyərini özünüz təklif edə bilirsiniz. Əgər sizdən artıq təklif edən olmursa, o zaman siz bu malı təklif etdiyiniz qiymətə müəyyən edilmiş gözləmə vaxtından sonra əldə edirsiniz. Təklif etdiyiniz məbləği ödədikdən sonra 48 saat ərzində mal sizin ünvanınızda olur. Çox sadə bir dil ilə başa salası olsam deyərdim ki, 1000 manatlıq bir telefona əgər siz 100 manat təklif etmisinizsə və sizdən sonra kimsə müəyyən edilmiş vaxtda əgər təklif verməyibsə, 100 manata telefon sizin olur. Siz sadəcə təklif etdiyiniz 100 manatı ödəməklə telefona sahib çıxırsınız. Burada siz minimum 90 % endirim eldə etmiş olursunuz. Bundan əlavə, sistem o qədər professional qurulubdur ki, etdiyiniz bütün ödəmələr tam zəmanətlidir  və sizə aid olan bütün şəxsi məlumatlar qorunma altındadır.

Mən şəxsən hal hazırda saytı davamlı şəkildə izləyirəm və təkliflərdə iştirak edirəm. Hələki yeni olduğuma görə daha çox məlumat verə bilməsəmdə gələcəkdə çalışacam sizin üçün daha çox faydalı olum.

Müəllif: Orxan Məmmədov