Dünyaca tanınmış rəssamların ən məşhur tablolarına Down Sindromlu fərdlərlə yenidən həyat verən Alban fotoqraf Soela Zani mükəmməl bir işə imza atmışdır. Unutmayaq ki, maarifləndirmə və fərqli olan insanlara qarşı münasibətlərimizdə ailənin əhəmiyyəti böyükdür. Fərqliliklərə açıq uşaq böyütmək və onlarda müsbət münasibət və davranış inkişaf etdirmələrini təmin etmək üçün onlara müsbət nümunələr yaratmalıyıq, çünki biz fərqliliklərimizlə daha güclüyük və birlikdə daha xoşbəxtik 🙂