Xoruz yumurtalarından sup

Bu supun dadı toyuq supunun dadında çox bənzəyir. Bu yemək qadınların dərilərinə, kişilərin isə cinsiyyət orqanına faydalıdır

Quş yuvasından sup (Çin)

Bizim təqdim etdiyimiz suplar içində ən bahalılardan biri sayılır. Bu Çin supu əsl delikatesdir. Bir porsiyasının qiyməti 30-100 dollar aralığında dəyişir. 1 kilo yuva təxminən 2000 dollara satılır.

Deyilənə görə bu sup insan sağlamlığına çox xeyrlidir. Əsasən immuniteti gücləndirir və asmanı sağaltmağa kömək edir

Maral ”plasenta”sından hazırlanmış sup (Çin)

Şanxayda (Çin) maral plasentasından hazırlanmış sup dadmaq olar, o sizin cinsi gücünüzü artıra, böyrəklərinizi sağalda, dərinizi yaxşılaşdıra bilər. Bu supa göbələk, çiçəklər, toyuq da əlavə oluna bilər

Plasenta – torbaya bənzər qadın orqanıdır, hamiləlik zamanı embrionu bərkidir. Onun vasitəsi ilə qan anadan embriona ötürülür. Uşaq doğulandan sonra plasenta uşaqdan ayrılır

Molokdan hazırlanmış sup (Yaponiya)

Sup Şirako adını almış Yaponiyada çox sevilən bu supu balıq molokundan hazırlayırlar

Molok – balığın spermasının toplandığı torbacıqdır

Şirako tərcümədə ağ uşaqlar anlamına gəlir. Əsasən qış fəslində hazırlanır. Restoranların çoxu Yaponiyada xüsusi yemək kimi müştərilərinə hazırlayır

Yarasa supu (Palau adası)

Bu supu Palo adasında Sakit Okeanda təqdim edirlər

Yeyənlərin əksəriyyəti bəyənir, onların sözlərinə görə hətta dişi və ya erkək yarasa da olmasını sifariş edə bilərlər

Pələng cinsiyyət orqanından sup (Çin)

Cinsiyyət orqanlarından hazırlanmış bir çox suplar var, lakin bu sup ən bahalılar sırasındadır, çünki bir supu yemək bir pələngi öldürmək deməkdir. Çində pələng ovuna görə ölüm hökmü düşür.

Pələngin cinsiyyət orqanı uzun illər Asiya mətbəxinin xüsüsi yeməklərindən olmuşdur (Bəlkə də buna görə pələnglər dünyamızda azdır). Deyilənə görə sup Viagranın xüsusiyyətləri ilə eynidir.

Bir porsiya sup 400 dollara başa gələ bilər. Baxmayaraq ki, bütün dünyada pələnglər qorunur onların bədən hissələrini dünyanın müxtəlif yerlərində tapmaq olur. Pələng cinsiyyət orqanı adı ilə satın çox yer isə müştəriləri alladaraq, maral və öküz cinsiyyət orqanı satır

Qanlı Sup (Vyetnam)

Təqdim etdiyimiz suplar içində ən qəribəsi qanlı supdur.

Bu sup qandan əsasən də qaz qanından hazırlanır. Vyetnam mətbəxinin ənənəvi yeməklərindən biridir

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Dünyada belə suplar da var imiş…" A few seconds ago