Bəzi ölkələrin məktəblərində, bəzi dərslərdə şagirdlər biri birlərinə “zəngə neçə dəqiqə qalıb?” sualını vermir, çünki ölkələrin tədris sistemində olan  fənlər o qədər maraqlıdır ki, zaman göz qırpında keçir. Bu fənlərdən bir neçəsini sizinlə paylaşırıq.


Yaponiyada «Təbiətdən zövq almaq» fənni

Bəli, bəli. «Yaponiyada təbiətdən zövq almaq»   tədris olunur. Bunun mənası nədir? Texnologiya dövründə uşaqların təbiətin gözəlliyinin fərqinə varması üçün. Şagirdlərin flora və faunanı müşayidə etməsi qiymətləndirilir və hətta imtahan da keçirilir.

Başqırdıstanda «Arıçılıq» fənni

Başqırdıstan yüzdən çox məktəbdə bu fənn tədris olunur. Şagirdləri pətəklər pətəkdən istifadə etməyi, bal yığmağı öyrənir. Bu dərslər onlarda səbri, diqqəti və səliqəliliyi inkişaf etdirir.

Avstraliya «Sörfinq» fənni

Dağları fəth edənlərin ölkəsi öz statusunu qoruyaraq sörfinq ustalarını yetişdirməkdə qərarlıdır, çünki dövlət öz sahillərində sakinlərindən daha yaxşı sörfinq edən turist görmək istəmir.

ABŞ-da «Elmi kəşflər» fənni

Burada hər bir şagirdə ev tapşırığı verilir. Bu tapşırığı şagird 1 il ərzində etməlidir. Tapşırıq nədən ibarətdir? O, bir kəşf etməlidir!

İsraildə «Kibertəhlükəsizlik» fənni

Müassir insan zamanının böyük hissəsini internetdə keçirir. Bu səbəbdən də İsrail şagirdlərin internetdəki təhlükəsizliyini təmin etməyə çalışır. Kibertəhlükəsizlik dərslərində şagirdlər bloqlardan istifadə etməyi, sosial şəbəkələrdə insanların reaksiyasını şərh etməyi öyrənir. Oyunlardan asılıq isə bu fənnin əsas mövzularından biridir.

Bəs siz tədris sistemimizdə hansı fənlərin olmasını istərdiniz?

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂