“Qadınların iş gücünə təsiri” başlıqlı araşdırma, iş yerlərindəki ictimai cinsiyyət bərabərsizliyini, bütün təşkilatlar üçün təhdid ünsürü olduğunu göstərən aktual araşdırmaları təsdiqləyir. Məlumatlara görə qadınların iş həyatında bərabər iştirakı, qlobal iqtisadiyyata 12 trilyon dollar daha əlavə edə bilər. Halbuki qadınlar ya ev ya da karyera arasında seçim etmək ya da fövqəlbəşər bir enerji ilə çalışmaq məcburiyyətində qalır. Dayə tuta bilməyən aşağı gəlirli qadınlar iş həyatından çəkilir. Ölkəmizdə qadınlar, eyni mövqedəki kişilərdən 30-40% daha az qazanır. Uşaq, təmizlik, qab-qacaq, yeməyə ayrılan vaxtda görə qadınlarımız digər ölkərlərlə yarışda çempiondur …

Skillsoft’un 2015-ci ildə Şimali Amerika, Avropa, Yaxın Şərq, Afrika, Asiya Sakit okean və Asiyadan ümumi 486 qadının iştirakı ilə həyata keçirdiyi araşdırma, qadınların təhsil imkanları olduğunda belə özünü inkişaf və öyrəndiklərini tətbiq imkanlarının çox olmadığını göstərir.

Qadın çalışanlar birinci səviyyədən üst səviyyə idarəçi səviyyəsinə qədər hər mərhələdə daha çox maneə ilə qarşılaşır və kişi həmkarlarına görə daha yavaş irəliləyir.

“Qadınların iş gücünə təsiri” araşdırmasına görə, iştirakçıların əksəriyyəti iş-xüsusi həyat tarazlığının, çalışan qadınların qarşılaşdığı ən böyük problem olduğunu düşünür.

Bu nüans, McKinsey Global Institute (MGI) tərəfindən 2015 sentyabr ayında nəşr olunan raportdaki nəticələrlə də uyğundur.

Əksər qadınların qarşılaşdığı ən böyük problem ailə, ev və ya karyera kimi başlıqlar arasında seçim etmək məcburiyyətində qalmasıdır, kişilər bu növ seçim etmək məcburiyyətində qalmadıqları üçün kariyeralarına daha çox cəmlənir.

MGI araşdırması həmçinin, dünya səviyyəsindəki ödənişsiz işlərin yüzdə 75-nin qadınlar tərəfindən görüldüyünü meydana çıxarır və buna uşaq baxımı, yaşlı baxımı, yemək bişirmə və təmizlik kimi işlər də daxildir.

Qadınların iş həyatında iştirakı qlobal iqtisadiyyata 12 trilyon dollar daha əlavə edə bilər.
Qadınlar tərəfindən xərclənən bu “görünməyən və qarşılıqsız” əmək, əlbəttə ənənəvi GSYH hesablamalarına da daxil edilmir halbuki qadınların iş gücünə bərabər iştirakını təmin etmək, qlobal iqtisadiyyata 12 trilyon dollar daha əlavə olunmasını təmin edə bilər.


Dünyada bu bərabərsizlik əlbəttə iş yerlərində də davam edir.
“Qadınların iş gücünə təsiri” araşdırmasına qatılan qadınların 92%-i, dünyada idarəçi olaraq çalışan qadınların sayının qeyri-kafi olduğunu düşünür və bu nəticə statistikalarla da uyğunlaşır.

Fortune 500 şirkətlərinin yalnız 5%-i qadın CEO tərəfindən idarə olunur və qadınlar bu şirkətlərin rəhbərlik şurasının yalnız 17%-i meydana gətirir.

İştirakçılar öz şirkətlərindəki vəziyyətin də dünyadaki cədvələ bənzər olduğunu düşünür və iştirakçıların 87%-i üst səviyyə rəhbərlik vəzifələrində kişilərin sayının qadınlardan çox olduğunu ifadə edir. Qadınların bərabər və ya daha çox olduğunu ifadə edən iştirakçıların nisbəti isə yalnız 11%-dir.


Azərbaycanda isə…
Azərbaycan qadınları ödənişsiz işlərə bir həftədə orta hesabla 6 saat sərf edir.
Hesabat rəsmi statistika məlumatlarına istinadən məlumat verir ki, bir həftə ərzində, qadın gəlir gətirən fəaliyyətə və təhsilə gündə 1 saat 44 dəqiqə sərf edir, kişilər isə 4 saat 40 dəqiqə.

Qadınlar şəxsi qayğı və yuxuya 9 saat və 25 dəqiqə, kişilər isə 9 saat 40 dəqiqə sərf edir.
Kişilər həftə sonu təhsilə 2 saat 52 dəqiqə, qadınlar isə yalnız 23 dəqiqə sərf edə bilir.