Sözsüz ki, istənilən sıralama və ya reytinq mübahisəyə səbəb ola bilər. Lakin təbii gözəllik dediyimizdə çoxlarının fikri üst-üstə düşür. Stressden qaçmaq, dincəlmək, səyahət etmək hər birimizin arzusudur. Cənubi Kaliforniyada yaşayan bir cütlük öz arzularını reallaşdırmağa nail olublar. Conni Çen və oyun yoldaşı Culiya müxtəlif ölkələri məhz oralarda yerləşən şəlalələri yaxından görmək üçün dolaşıblar. Müxtəlif ölkələrdə bir-birindən gözəl şəlalələrə heyran qalan cütlük ən gözəl şəlalələr siyahısını tərtib edib. 
 

10-cu yer: Siyahını Yeni Zelandiyada yerləşən Sazerlend şəlaləsiylə başlayırıq. Şəlalənin uzunluğu- 580 metrdir.


 

9-cu yer: İslandiyada yerləşən Dettifoss şəlaləsi. Bu şəlalə Avropanın ən gür və qüvvətli şəlaləsidir, ərimiş suları 44 metrlik uçuruma aparır.


 

8-ci yer: İslandiyada yerləşən Güdlfoss şəlaləsi. Xvitau çayının üzərində yerləşib. Bu şəlalə bir-biri ilə 90 dərəcədə kəsişən kaskaddan ibarətdir.


 

7-ci yer: Qayanada yerləşən Kayetur şəlaləsi. Buradakı təbiətə insan əli dəyməyib və bu onu daha da möhtəşəm edir. Şəlalə Potaro çayının üzərində yerləşir.


 

6-ci yer: ABŞ-da yerləşən Yosemit şəlaləsi. Yosemit milli parkının gözəlliyi. Ən hündür şəlalərin siyahısına daxildir.


 

5-ci yer: Venesuellada yerləşən Anxel şəlaləsi. 979 metrlik hündürlükdən  aşağı axan bu möhtəşəm şəlalə Kanayma milli parkında yerləşir.

 

4-cü yer: Xorvatiyada yerləşən Plitvits şəlalələri.  Bu şəlalələr Plitvits gölünün milli parkında yerləşir.


 

3-cü yer: ABŞ-da yerləşən Niaqara şəlaləsi. Şimali Amerikanın ən tanınmış və qüvvətli şəlaləsi. Məhz bu şəlalə ilk üçlüyə daxildir.


 

2-ci yer: Zambiya və Zimbabvedə yerləşən Viktoriya şəlaləsi. Möhtəşəm güc və heyrətamiz gözəllik. Təbiətin möcüzələrindən biri sayılan bu şəlalə YUNESKO-nun Ümumdünya irsinə aiddir.


 

1-ci yer: Argentina və Brazilyada yerləşən İquasu şəlalələri. Sıralamada ilk pilləni 275 şəlalə və kaskaddan ibarət möhtəşəm bir kompleks alır. Onun eni 2,5 km. artıqdır.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here