Dünyanın ən şimal yaşayış məskəni Şimal qütbündən 817 kilometr məsafədə yerləşən, Kanadanın hərbi bazası və meteostansiyası olan Alertdir. Alertin daimi mülki əhalisi 6 nəfər təşkil edir. Bundan başqa 70 yaxın kanadalı hərbçi burada mütəmadi olaraq saxlanılır.

Bu baza Elsmir adasında yerləşir. Buradan yaxınlığda olan ən böyük şəhərə 2500 kilometr məsafə var və bu Rusiyanın Murmansk şəhəridir. Baza keçən əsrin ortalarında, çox ağır şəraitlərdə tikilmişdir, ancaq iyul və avqustda orta sutkalıq temperatur sıfırdan yuxarı qalxa bilər. Qalan vaxt isə burada həmişə qış olur. Son məlumatlara görə, 2011-ci ildə Alert son daimi sakinini itirmişdir, belə ki, indi onun əhalisini yalnız hərbçilər və meteoroloqlar təşkil edir. Bununla belə hələdə daimi sakinləri olan ən şimal yaşayış məskəni statusu ona məxsusdur.








Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry