Çində dünyanın ən böyük binası tikilib. Bir neçə gün sonra istifadəyə veriləcək “Yeni əsrin qlobal mərkəzi” (New Century Global Center) adlı kompleksin sahəsi 19 milyon kvadrat metrdir.

 Ticarət mərkəzləri, otellər, akvapark, “yaşayış kəndləri”ndən ibarət olan bina o qədər nəhəngdir ki, onun daxilində süni Günəş də var.
 
Kompleksin şüşə damının hündürlüyü 100 metrdir.
 
Çinin cənub-qərbindəki Siçuan vilayətinin Çendu şəhərində tikilmiş kompleksin inşası 3 il davam edib.
Kompleksin uzunluğu 500, eni 400 metrdir.