Bu yaxınlarda Dubayda dünyanın ən böyük gül parkının açılışı olub. “Dubai Miracle Garden” (Dubay Möcüzə Bağı) adlanan parkın ərazisi 70 min kvadrat metrdir. Parkda 45 milyondan çox müxtəlif gül növü yetişdirilir. Parkda Birləşmiş Ərəb Əmirliklərinin qurucusu Seyx Zayed bin Sultan əl-Nahyanın güllərdən hazırlanmış portreti, 10 metr hündürlüyündə “gül piramidası” və 3 metrlik divar var.