Keymada-Qrandi və ya İlanlar adası adalanan bu ada San-Paula şəhərinin 43 hektarlıq ərazisində yerləşir. Əsas özəlliyi isə “dünyanın ən təhlükəli adası” adına sahib olmasıdır. Adanı bu qədər təhlükəli edən yaşıl gözəlliklər altında yaşayan sürünənlərdir. Daha dəqiq desək, ilanlardır. Bu səbəbdən ada “ilanlar adası” adlanır. Ada o qədər təhlükəlidir ki, Brazilya höküməti tərəfindən adaya giriş qadağan edilmişdir. Adada hər kvadrat metrdə 5 ilan yaşayır və hər biri də zəhərlidir. Burada yaşayan ilanların uzunluğu 70 sm-ə qədərdir və digər Cənubi Amerika ilanları ilə müqayisədə 2 qat zəhərlidir.

Adada yaşayış olmasa belə dəfələrlə balıqçıların ölümünə rast gəlinib. Yalnız xüsusi geyimlə alimlərin buraya girişinə icazə verilir. Adada müxtəlif növ ilanlar yaşayır. Bunlardan botrops insanlar üçün ən təhlükəlisidir. Onun dişləməsi qurbanının bütün toxumalarının dağılmasına gətirib çıxarır. Hətta bioloqlar belə ilanların öyrənilməsi üçün adaya çıxmağa xüsusi icazə alırlar. İlanlar adasının sahillərinə üzüb yanaşmağa isə yalnız Braziliya dəniz donanmasının gəmilərinə icazə verilir.