Dünyanın müxtəlif yerlərində və fərqli iqlimlərdə yaşayan bir çox canlı vardır. Bir-birindən fərqli xüsusiyyətlərə sahib bu canlılardan bəziləri, insanı narahat edəcək dərəcədə yüksək səs çıxara bilirlər. Ən yüksək səsə sahib 10 heyvan: 

Krevet(Krevetka): Quruda və dənizdə ən yüksək səsə sahib olan bu canlı, təxminən 200 desibel səs çıxara bilir. Dənizlərdə yaşayan bu canlı, əgər quruda yaşasaydı insanların qulaqlarında böyük ağrılara və karlıqlara yol aça bilərdi.

Mavi Balina: Mavi Balinalar, xəbərləşmə məqsədiylə təxminən 188 desibel səs çıxara bilirlər. Reaktiv mühərrikinin ya da bir əl bombasının çıxartdığı səsdən daha güclü bir səsdir. 

Ulayan Meymun: Quruda yaşayan ən yüksək səsə sahib olan bu meymunlar, kükrəməklə güclü səs çıxarırlar. Meşələrində təxminən 16 km uzaqlıqdan səsləri eşidilə bilir.

Fil: Fillərin çıxardıqları səslər də xəbərləşmək məqsədli çıxardıqları bir səsdir. Ortalama 8 km məsafədən eşidilən fil səsinin bu günə qədər ən uzaqdan ölçülən səsi 32 km uzaqlıqdadır. 

Kaftar: Hücuma uğradıqları zaman, çıxardıqları kükrəmə kimi səsləri təxminən 13 km uzaqlıqdan eşidilə bilir.

Şir: Şirlərin kükrəməsi 8 km uzaqlıqdan eşidilə bilir. 

Yarasa: Yarasa, gecə yuvasını tapmaq üçün təxminən 137 desibel səs çıxara bilir və olduqca qorxulu bir səsdir. 

Bayquş Tutuquşusu: Quş növündəki ən yüksək səsə sahib olan Bayquş Tutuquşuların çıxardıqları səs təxminən 7 km uzaqlıqdan eşidilə bilir. 

Morj: Dişiləri səsləmək ya da qorxutmaq məqsədiylə çıxartdıqları səs, çox-çox uzaqlardan eşidilə bilir. 

Cırcırama: Avstraliyada yaşayan bu bu böcək növü, cütləşməyə yaxın 120 desib sə çıxarır və çıxartdıqları səs 2-3 km uzaqlıqdan eşidilə bilir.