✔ Yerli Tibet xalqı olan Şerpalılar buranı Comolunqma (kainatın Tanrıçası), Nepalda isə Sagarmatha (Səma Tanrıçası) adlandırırlar

✔ Everestin 60 milyon illik yaşı var

✔ Hindistan tektonik tavasının Asiya tavası ilə toqquşması nəticəsində formalaşıb

✔ 2015-ci ildə Nepalda baş verən zəlzələ zamanı zirvə 2,5 sm alçalmışdı, ümumilikdə isə hər il 4 mm yüksəlir

✔ Zirvəsində temperatur -62 dərəcə şaxta, küləyin sürəti isə 90 m/saniyə və ya 322 km/saat təşkil edir. Müqayisə üçün qeyd edim ki, Abşeron yarımadasında qasırğalar zamanı küləyin sürəti 35 m/saniyədən çox olmur

✔ Everestə dırmaşmaq sadəcə May ayında əlverişlidir, çünki il boyu buz və qarla örtülü olur

✔ İnsan üçün ordakı şəraitə adaptasiya prosesi 2 ay çəkir. Buna görə də dağın yamacından etibarən zirvəyə doğru bir neçə kamplar var. Alpinistlər növbə ilə bir kampı ondan yüksəkdəki digər kampa dəyişirlər

✔ Zirvəni fəth edən ilk şəxs Yeni Zellandiyadan olan alpinist Sir Edmund Hilary və partnyoru yerli Nepal sakini Tenzing Norgay olub. Onlar 1953-cü il, 29 may tarixində cənub yamacından dırmaşmışdılar

✔ Everest tarixinin ilk və son oksigensiz dırmanışına Reinhold Messner və partnyoru Habeler imza atıb. 1978-ci il, 8 may tarixində zirvəyə çatan alpinistlər bunu heç bir oksigen maskası olmadan bacarmışdılar. Bu hadisə bütün tibb dünyasını şoka salmışdı. Qeyd edim ki, 1980-ci ildə Tibet tərəfdən bir daha buna cəhd edən Messner zirvəyə təkbaşına çatan ilk alpinist olmağı bacarır

✔ İndiyə qədər 5000’dən çox şəxs uğurlu dırmanış ediblər ki, onların arasında 13 yaşlı görmə məhdudiyyətli şəxs və 73 yaşlı qadın da var idi

✔ 2013-cü ildə zirvəni fəth edən yaponiyalı Yuichiro Miura (80 yaş) ən yaşlı şəxs kimi tarixə düşür

✔ 1856-cı ildə George Everest’in ölümündən sonra zirvə onun şərəfinə adlandırıb. George özü heç vaxt Everest’i fəth edə bilməmişdir

✔ 2005-ci ildə zirvədə nepallı cütlük ailə həyatı qurdular ki, bu da bir ilk oldu

✔ Burada nəfəs almaq üçün sizə normadan 3 qat artıq oksigen lazım olacaq. Səbəbi isə olduqca aşağı olan atmosfer təzyiqidir

✔ Everestdə 200 insan cəsədi var ki, onlardan istiqamət kimi istifadə olunur

✔ Burada suyun qaynama temperaturu +71 dərəcədir, normal şərtlərdə isə bu rəqəm +100 dərəcədir

✔ Zirvədə yüksək sürətli internet də var