Onuncu yer. Aleks Rodriqes (36 milyon)

Bizim həmvətənlərimizin əksəriyyətinə bu ad heç də tanış deyil. Amma öz vətənində, yəni Amerika Birləşmiş Ştatlarında o, yetərincə məşhurdur və pərəstişkarlarının sevgisinə malikdir. Məsələ ondadır ki, onun təmsil etdiyi idman növü -beysbol əsasən Amerikada populyardır. Onu hətta ABŞ-ın milli oyunu da adlandırmaq olar. 

36 yaşlı «New York Yankees» oyunçusunun bir sıra professional nailiyyətləri vardır: bu sırada böyük nüfuzlu “qızıl əlcək” mükafatını da qeyd etmək olar, o iki dədə 2002 və 2003-cü illərdə bu mükafata layiq görülüb. Məşhur pleyboy idmançının adı daima birinci dərəcəli Hollywood ulduzları ilə bərabər müxtəlif sevgi romanlarında hallanır. 


Doqquzuncu yer. Peyton Menninq (38,1 milyon)

ABŞ bayrağını təmsil edən daha bir ənənəvi idman növünün nümayəndəsi. Bu dəfə isə söhbət amerikan futbolundan gedir. Bütün dövrlərin ən yaxşı kvoterbək-lərindən (Quarterback) biri olan Peyton öz sahəsində aldığı nüfuzlu mükafatların sayına görə də rekord vurmuşdur.

2011-ci ilin yekunlarına görə onun ilk onluğa düşməsi sübut edir ki, öz maliyyə statusunu quruyub saxlamaq və həmçinin də artırmaq üçün canlı əfsanəyə heç də oyunlarda iştirak etmək tələb olunur. Peyton ötən mövsümü boynundakı zədəyə görə buraxmalı olmuşdur. Amma bu, ona öz var-dövlətini nəzərə çarpacaq qədər artırmağa heç də əngəl olmadı.

Uzun illər ərzində o cəmi bir kluba «Indianapolis Colts» sadiq olmuşdur. Bu komanda ilə idmançı 1998-ci ildən bəri əməkdaşlıq edirmiş. Amma o, 2012-ci ilin mart ayında klubu qalmaqallı şəkildə tərk etdi, indi o özünə yeni komanda axtarır. 35 yaşlı idmançı karyerasını başa vurmaq haqqında hələ ki, düşünmür. 


Səkkizinci yer. Kriştianu Ronaldo (38,8 milyon)

Bu idman növünün yarandığı andan bu günə qədər mövcudluğu tarixi ərzində ən bahalı futbolçu olan Ronaldo yenə də öz ulduz statusunu təzələdi. O, öz azərkeşlərinin sevincinə səbəb olaraq hələ ki, idmandan uzaqlaşmaq və yığdığı sərvətlə dolanmaq fikrində deyil, o hələ də tarixin ən istedadlı oyunçularından biri kimi öz şöhrətini qorumaqda davam edir. Bu il keçirilən Avropa çempionatı Ronaldonun hələ də çox yaxşı formada olduğunu sübut edir.

O, ötən ili “Qızıl Butsların “sahibi kimi başa vurmuşdur. İspaniya çempionatının bombardiri və «Real Madrid» komandasının tərkibində İspaniya kubokunun sahibidir.

Gözəl sərgilənən oyunlardan əlavə «Mister Kəpək» fəal şəkildə reklam çəkilişləri ilə məşğuldur, bu isə ona inanılmaz dərəcədə əlavə gəlirlər qazandırır.


Yeddinci yer. Lionel Messi ( 43,8 milyon.)

İspaniyanın «Barcelona» klubunun hücumçusu istedadına və bir oyunçu kimi keyfiyyətlərinə görə Ronaldodan heç də geri qalmır. Ötən il İspaniya Çempionatının ən yaxşı bombardiri titulunu onlar haqlı olaraq öz aralarında bölüşdürdü. UEFA-nın versiyasına əsasən Messi Avropanın ən yaxşı futbolçusu seçildi.

FİFA-nın versiyasına əsasən isə «Qızıl topun» sahibi, heç bir şübhəsiz ki, özünün ən pik vaxtını yaşayır. Təəccüblü deyil ki, onu özünün ən yaxşı illərində Maradona ilə müqayisə edilər. Həmin fenomenal iş qabiliyyəti, məhsuldarlıq Argentina yığmasının kapitanını ən çox qazanan futbolçuya çevirmişdir, belə getsə əldə etdiyi titulları sayəsində tezliklə öz xələfi Maradonanı kölgədə qoyacaq. O, həmçinin Barsaya UEFA-nın super kubokunu qazanmağa kömək etmişdir. 


Altıncı yer. Lebron Ceyms (44,5 milyon)

Çempionatın ən bahalı oyunçusu titulunun iki qat sahibi özünün yeni komandasında çox uğurlu bir mövsümü başa vurdu. 2010-ci ildə onun «Klivlend» klubundan «Mayami Hit»-ə keçidi fanat dairəsində əsl fırtınaya səbəb oldu.

Amma belə görünür ki, futbolçunun özünün və Milli Basketbol Assosiasiyasının isə bu xeyrinə işləmişdir. Yeni «böyük üçlüyün» yaranması nəyə desən dəyərdi, indi bu üçlükdə Duen Ueyd və Kris Boş da təmsil olunurdu.

Ötən il Lebronun yeni rekordu ilə yadda qaldı. Bütün ulduzların ənənəvi matçında o, Maykl Cordanın fenomenal göstəricisini təkrarlayaraq, tripl-dabla imza atdı. Belə güman edilir ki, çempionun “qızıl həlqəsi” uğrunda mübarizədə o, hələ bir neçə dəfə ən uğurlu idmançıların reytinqinə düşəcək. 


Beşinci yer. Fernando Alonso (45 milyon)

Dünyanın ən bahalı idman növlərindən birinin (Formula- 1 yarışlarının) təmsilçisi bu siyahıya düşməyə bilməzdi, ötən il ərzində İspaniyalı öz komandası Ferrarinin hesabına 257 əlavə bal qazandırmışdı.

Alonso bu idman tarixininsə ikinci idmançıdır ki, 1000 ballıq həddi üstələməyi bacarıb. Amma bu hələ son deyil, çünki idmançının qırmızı süvarilər ilə olan müqaviləsi hələ 2016-ci ilə qədər uzadılıb.

Baxmayaraq ki, o, bu mərhələlərdə cəmi bircə qələbə əldə edib (Silverstoun), bu ona bizim reytinqimizin beşinci pilləsində yer almağa mane olmayıb. Indi gözlənilən boşanma ilə əlaqədar olaraq, itirilmiş pulları bərpa etmək üçün Fernando bir az tər axıtmalı olacaq.


 

Dördüncü yer. Menni Pakyao (52,5 milyon.)

Ötən il orta çəkili ağırlıq dərəcəsində çıxış edən məşhur filippinli boksçu iki döyüş keçirmiş və hər iki döyüş onun qələbəsi ilə başa çatmışdır. Birinci dəfə on illiyin yarışmasında, Şeyn Mozliyə qarşı döyüşdə bütün hakimlər yekdilliklə səslərini ona verdilər. İkinci dəfə titulun müdafiəsi o qədər də inamlı olmadı, amma WBO versiyasına əsasən dünya çempionu öz titulunu saxlaya bildi.

Sonuncu döyüşün o qədər də baxımlı keçmədiyinə görə məyus olan pərəsştişkarlar belə getsə yalnız keçmiş görüşlərin xatirələri ilə yaşamalı olacaq, çünki 33 yaşlı idmançı gözlənilmədən idmandan getdiyini bəyan etmişdir. O, karyerasını başa vurmaq niyyətindədir. Bundan əvvəl isə Timoti Bredliyə qarşı daha bir döyüş vəd edilmişdi. Ona görə də Menninin bu qərarı bir sensasiya oldu. Amma unutmayaq ki, çempionların geri qayıtmaq kimi bir adətləri də var. 


İkinci yer. Fil Mikelson (61,2 milyon)

Reytinqin ən yüksək pillələrində qolf oyunçuları yer almışdır. «Solaxay» ləqəbli, 42 yaşlı Fil fəaliyyətdə olan ən uğurlu oyunçulardan biridir. Maraqlıdır ki, gündəlik həyatında Mikelson hər şeyi çox rahatlıqla sağ əli ilə edir, o, yalnız sevimli qolf oyununda sol əlindən istifadə edir.

Tayqer Vudsun əbədi rəqibi bu yaxınlarda, ciddi şəkildə artrit xəstəliyindən əziyyət çəkdi. Amma bu narahatçılığa baxmayaraq, o yenə də çıxış etməkdə davam edir. Bundan əlavə Fil hətta öz uğursuzluğundan də xeyir əldə etməyi bacarır, bu yaxınlarda o bir neçə dərman preparatı istehsal edən firmalar ilə sponsorluq müqaviləsi imzalayıb.

Bundan əlavə onun adı həyat tərzi satan iki reklam kampaniyasında da əks olunur. 


Birinci yer. Tayqer Vuds (62,3 milyon)

Birincilik zəfəri qazanmağa müvəffəq olmuş dünyanın ən varlı idmançısı. İdmançılar arasında ən böyük məbləği qazanmaq üçün ona hətta boşanma prosesi əngəl ola bilmədi.

Vudsun adı artıq neçə illərdir ki, qolf ilə bərabər səslənir, baxmayaraq ki, o artıq turnirlərdə iştirak etmir. Amma ciddi səylər və zəhmətkeşlik və böyük əziyyət bahasına yaradılmış brend ona gəlir gətirməkdə davam edir.

Bu sahədə ən ciddi uğurlar isə Nike kompaniyası ilə uzunmüddətli əməkdaşlıq, həmçinin qolf oyunun simulyator versiyasının hazırlanmasıdır. Oyunun əsas fəaliyyətdə olan personajı isə elə Tayqerin özüdür.