Dünyanın səkkizinci möcüzəsi sayılan “Cumeyd Palması” Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində, dəniz kənarında yerləşir. Bu süni salınmış ada palma ağacı şəklindədir. Buna görə də bu adanı “Cumeyd Palması” adlandırıblar və dünyaın səkkizinci möcüzəsi hesab olunur. Süni ada üzərində super-lüks villa ilə otellər yerləşir.