Bu dəfə sizə gələcəkdə dünyanın qarşılaşa biləcəyi fəlakətləri təqdim edirik.

  1. Ən böyük təhlükələrdən biri təbii ki, nüvə silahlarıdır. Hal-hazırda ABŞ, Rusiya və Çin daxil olmaqla bir neçə ölkənin nüvə silahı vardır. Əgər atom bombasından hər hansı biri istifadə edərsə, digərləri də istifadə edəcək və bu dünyanın sonunu gətirə biləcək hadisə olacaqdır.

  2. Digər təhlükə isə laboratoriyalardadır. Hal-hazırda alimlərin araşdırdığı (yaratdığı) ölümcül viruslar laboratoriyadan kənara çıxsa, insanlar arasında yayılsa insanların məhv olacağı ehtimalı yüksəkdir.

  3. Çox qorxuducu görünməsə də, əslində artıq çəki də insanların sonunu yaxınlaşdıran amillərdəndir. Bu gün inkişaf etmiş ölkələrinin əsas problemlərindən biri də budur. ABŞ əhalisinin 70%-ə yaxını təhlükəli dərəcədə artıq çəkilidir. Yəni, boğazımıza “bəsdir” deməsək dünyadan silinə bilərik.

  4. Rusiyadan İndoneziyaya, Argentinadan Amerikaya dünyada olan vulkanların partlama ehtimalı da fəlakətlərdən biridir. Vulkanlar hamısı eyni vaxtda bir-birlərinə təsir edərək partlayacağı halda Yer kürəsindəki canlılar külə dönəcəklər. Daha öncə dünya bu cür hallarla qarşılaşmışdır. Alimlər super vulkanların nə zamansa yenidən aktivləşə biləcəyini deyir.

  5. Dünyanın sonunu gətirə biləcək digər təhlükə isə meteroidlərdir. Qalaktikadan gəlib Yer kürəsinə düşən daş sonumuzu gətirə bilər. Bir inanca görə, dinozavrları dünyadan silən meteroid olmuşdur. Bənzərlərinin də bizim başımıza gələcəyi böyük ehtimallardandır.

  6. Kosmosdan gələ biləcək daha bir təhlükə Günəş partlayışlarıdır. Dünya davamlı olaraq bu partlayışların təsiri altındadır ancaq Yerin ətrafında olan maqnit qalxanı sayəsində fəlakətlərdən qoruna bilirik. Günəş partlayışı bu qalxanı yox etsə canlılar da yox ola bilər.

  7. Dünyada insanların yaşamasını təhlükə altına salanlardan biri robortlardır. Gələcəkdə robortların insanları yox edəcəyini düşünmək nə qədər inanılmaz görünsə də, texnologiyanın inkişafı sayəsində filmlərdə gördüyümüz hadisə gerçəkləşə bilər. Ancaq bizim bunu görə bilmə ehtimalımız çox azdır. 🙂

  8. Daha bir təhlükə isə havanı çirkləndirdiyimiz üçündür. Yaratdığımız çirkli hava atmosfer qatının şüa keçiriliciyini azaldır və bu getdikcə artarsa Günəş şüalarının Yerə düşməsi azalacaq, yox olacaq. Bunun nəticəsində isə canlılar məhv olacaq.

  9. Son sırada tez-tez eşitdiyimiz qlobal istiləşmə yer alır. Qarşısını almasaq dünyanın çox hissəsi su altında qalacaq. Bununla bitmir, iqlim tamamilə dəyişəcək, içməli sular azalacaq, ölkələrdə quraqlıq artacaq. Yaranacaq olan quraqlıq nəticəsində qıtlıq, böyük köçlər baş verəcək və azalan əraziləri, yeməkləri paylaşa bilmək üçün müharibələr başlayacaq.

Dünyada yaşadığımız müddətdə onu gələcək üçün də qorumalıyıq…