Elvis Presley haqqında bilmədiyimiz 16 fakt!

132

Uzun həyat yolu olmasa da o, XX əslin pop-mədəniyyətinin ən əlvan simvolu, Rock and Roll Kralı adını qazana bilmişdir. Sevdiyimiz musiqilərin müəllifi əfsanəvi ulduz Elvis Presley haqqında bilmədiyimiz çox şey var. Misal üçün onun təbii sarışın olduğunu bilirdinizmi? Bilmədiyiniz daha 16 fakt sizi gözləyir!

  1. Elvis ulduz olmazdan öncə yükdaşıyan maşın sürücüsü və kinoteatrda bilet satıcısı idi.

  2. Elvisin ilk səs yazması 1953-cü ildə anasına ad günü hədiyəsi olaraq yazılmışdır.

  3. Qəlbləri Rock and Roll hitləri ilə fəth etməsinə baxmayaraq Presley ilk Grammy mükafatını «ən yaxşı dini ifa» nominasiyasında qospel janrında yazılmılş «How Great Thou Art» albomu ilə qazanmışdır.

  4. Elvis Presley bir çox filmlərdə rol almışdır: «Viva Las Vegas», «Blue Hawaii», «Jailhouse rock».. Bundan əlavə ulduz «The Godfather» filmində Vito Corleone rolunu canlandırmağı arzu edirdi, ancaq o, çəkilişə dəvət almadı.

  5. Musiqiçi RCA ilə müqavilə bağladıqdan sonra 5 min dollar məbləğində avans almış və dərhal anası üçün Caddilac almışdır. («Knockin’ on Heaven’s Door» filmindəki hekayəni xatırladınız?)




  6. Elvisin Honoluluda verdiyi konsert 40 ölkədə yayımlanmış ilk konsert olaraq tarixə keçmişdir.

  7. Elvis Presley döyüş sənətlərinə maraq göstərirdi. Onun karate üzrə qara kəməri belə var idi.

  8. Dünyaca məşhur olmasına baxmayaraq Elvis ABŞ-dan kənarda cəmi 5 konsert vermişdir.

  9. Rock and Roll Kralını populyarlığı XXI əsrdə ölümündən sonra illər keçdikdən sonra belə pik nöqtədə idi.  Elvisin mahnılarının Kral Filarmonik Orkestrinin və digər musiqiçilərinin ifasınsa cover versiyalarından ibarət “If I Can Dream” albomu 30 oktyabr 2015-ci ildə işıq üzü görmüş və Britaniya chartlarında birinciliyi yaxalamışdır.

  10. Elvisin 1956-cı ildə işıq üzü görmüş “Heartbreak” adında ilk hiti qəzetlərdə yazılmış intihar xəbəri əsasında yazılmışdır.



  11. Ulduzun əkiz qardaşı doğuş zamanı həyatını itirmişdir.

  12. Elvis rinoplastika və 2 üz liftinqi əməliyyatı keçirmişdir.

  13. Ulduz 1,8 milyard disk satmışdır. Dünya ulduzları arasında bu sayı keçən olmamışdır.

  14. Kralın ən sevdiyi şirniyyat almalı piroq idi.

  15. Onun ən sevdiyi filmi isə «Rebel Without a Cause» filmi idi. Yaxınlarının dediyinə görə, o, filmdəki bütün replikaları əzbər bilirdi.

  16. Rock and Roll kralı 1977-ci ilin 15 avqust tarixindən dünyadan köçmüşdür. Araşdırma zamanı onun qanında 10 növ narkotik maddə aşkar edilmişdir.
Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi:

Xonca.al