Baxmayaraq ki, enerji içkiləri son zamanların “kəşfidir” , onların tərkib maddələri uzun əsrlərdir ayrı-ayrılıqda gümrahlaşdırıcı qismində istifadə edilir. Energetiklərin istehsalı və satışa buraxılması sessiya zamanı tələbələrə, gecə-gündüz işləyən zəhmətkeşlərə, gecə yola çıxan sürücülərə və sadəcə çox yorğun olmasına baxmayaraq işləməyə məcbur olan insanlara bir hədiyyə kimi qiymətləndirmək olar.

    İstehsalçılar vurğulayır ki, onların istehsal etdiyi içkilər ancaq fayda verir və içkilər daima təkmilləşdirilir, yeni çeşidlər buraxılır. Sual yaranır: əgər hər şey belə “sağlam” və düzgündürsə, nəyə görə bəzi ölkələrin qanunvericiliyi bu içkilərin geniş istifadəsini və bazarda yayılmasını məhdudlaşdırır? Suala cavab tapmaq üçün ilk növbədə içkilərin tərkibini təşkil edən maddələri araşdıraq:

    Kofein. Bütün energetiklərin əsas tərkib hissəsi. Stimulyator qismində çıxış edir: 100 mq kofein əqli qabiliyyəti gücləndirir, 238 mq kofein ürək-damar sisteminin dözümlülüyünü artırır.

    Taurin. Hər bir energetik içkidə 400 mq-dan tutmuş  1000 mq-dək taurin maddəsi olur. Bu maddə əzələ toxumalarında yığılan amin turşusudur. Lakin, son zamanlar tibb aləmində belə bir fikir yığılıb ki, taurinin orqanizmə heç bir təsiri yoxdur.

    Karnitin. Bu element hüceyrələrdə yağlı turşuların sürətli həll olmasına səbəb olur. Karnitin maddələr mübadiləsinin sürətini artırır, əzələ yorğunluğunun qarşısını alır.

    Quarana və jenşen. Tonusu artırmaq xüsusiyyətinə malik müalicəvi bitkilər. Quarananın yarpaqları tibbdə geniş istifadə olunur: əzələlərdə zərərli turşuları ixrac edir, fiziki yüklənmələr vaxtı ağrıları azaldır, qaraciyəri təmizləyir. Tibb aləmində isə hesab olunur ki, bu bitkilərin qıcıqlandırıcı və ya gümrahlaşdırıcı xüsusiyyətləri araşdırmalara məruz qalmayıb. Buna görə də həmin bitkilərin energetik içkilərin tərkibində hansı rolu daşıması məlum deyil.

    B vitamini – sinir sistemi və beynin normal fizioloji fəaliyyəti üçün zəruri elementdir. Bu elementin çatışmazlığı orqanizmdə müəyyən mənfi dəyişikliyə səbəb olur. Lakin, B vitamininin artıqlığı da heç yaxşı hal deyil. Ən azından B vitamininin artıqlığı heç bir müsbət dəyişikliyə gətirmir.

    Melotonin.  Orqanizmdə olan elementdir və insanın sutkalıq ümumi ritmini tənzimləyir.

    Matein. Cənubi Amerikada yetişən yaşıl çayın xüsusi növü olan “mate”-nin tərkibində olur. Bu maddə aclıq hissini yubadır və çəki itkisinə səbəb olur.

 

    Energetik içkiləri gündə 1-2 bankadan artıq içmək olmaz. Əks halda yüksək qan təzyiqi və qanda şəkərin artması ilə üzləşə bilərsiniz.

    Fransa, Danimarka, və Norveçdə energetik içkilərin adi marketlərdə satışı qadağandır. Bu içkilər yalnız apteklərdə satılır.

    Təzyiq və ürək xəstəlikləri olan insanlara bu içkilərin qəbulu qəti sürətdə qadağan olunur.


    Energetik içkilərin tərkibində olan tonikin enerji artırması fikri tamamilə yanlışdır. Sadəcə tonik insanın “sonraya saxlanmış” mövcud enerji ehtiyatlarının “qənaət etmədən” sərf edir, monları aktivləşdirir. Tonikin təsiri keçəndən sonra insan 2 qat yorğunluq keçirməklə yanaşı, həmdə qıcıqlanma və yuxusuzluq keçirir.

    Tonikin tərkibində olan kofein bütün stimulyatorlar kimi əsəb sistemini tədricən pozur, vərdiş yaradır. Energetik içkilərin tərkibində olan aşırı dozada B vitamini sürətlənmiş ürək döyüntülərinə və əllrədə titrəməyə səbəbə olur.

    Fitnes pərəstişkarlarına xatırlatmaq lazımdır ki, energetik içkilər həmdə sidikqovucu təsirə malikdirlər. Buna görə də məşqadən sonra bu içkiləri qəbul etmək – əziyyətinizi yerə vurmağa bərabərdir, çünki əzələlərə yığışan bütün su, lazımlı elementlər bədəndən çıxır.