Hər il Yeni il ərəfəsində izlənilən bu film çoxumuzun sevimli filmidir. Bəs görəsən biz bu film haqqında nələri bilirik? Bəs nələri bilmirik? 

Film 2 həftədən az vaxtda yazılıb!

John Hughes cəmi 9 gün ərzində bu filmi yazmışdır. Daha sonra oğlu bildirmişdir ki, film onların ailəvi Avropa səfərindən sonra atasının ağlına gəlib. Oğlunun səyahət üçün olan həyəcanı onu bu filmi yazmağa ruhlandırıb.


MACAULAY CULKIN bu rola necə layiq görüldü?

Çox dəcəl olan bu uşaq yüzlərlə iştirakçı arasından seçildi və rolun bəzi hissələri sırf ona görə dəyişdirilmişdir. 


Macaulay Culkin filmdəki yeganə Culkin deyildi!

Macaulayın balaca qardaşı da filmdə rol almışdır. Yatağını isladan balaca əmi uşağı yadınızda?


MCCALLISTERlərin evi ən çox turistlərin gəldiyi yerə çevrilib!

Evi tapmaq üçün çox zaman itirən komanda seçimlərində yanılmayıb. Daha sonra da başqa filmlər bu evdə çəkilib və hər il 100lərlə turist bu evi görmək üçün gəlirlər.


Filmdə istifadə edilən Tarantula əsl idi!


Buzz-ın sevgilisi əslində kim idi?

Filmdə Kevinin qardaşı Buzz-ın sevgilisi əslində qız deyilmiş. Filmin ART direktoru heç bir qızın xətrinə dəymək istəməyib. Ona görə də oğlunu qıza çevirib 🙂