Həyatınızın insanını seçərkən xarakterlərin eyniliyi əsas deyil, vacib olan ortaq məqsədlər və hədəflərdir. Boşanmaları araşdıran zaman uyğun olduqlarını düşünən insanların boşanma sayının digərləri ilə eyni olduğu ortaya çıxmışdır.

Evlilikdən nə gözləyirsən və nə etməli olduğunu düşünürsən? Bu sualı özünüzə və qarşı tərəfə vermək lazımdır. Evlilik zamanı xarakter, şəxsin evlilikdən nə gözlədiyi və yaşam fəlsəfəsi daha önəmlidir.

Maddi dəyərlər və xarici görünüş əsas götürülən evlilik uzunömürlü deyildir. Halbuki gerçək gözləntilər əsasında qurulan evlilik daha dözümlüdür və yaranan problemləri özü həll edər.

Gözləntilər evliliyə yüklənən mənanı da müəyyən edir. Bu həm də cütlüklər arasında problemlərin yaranmasına səbəb olan başlıca amillərdəndir, çünki evliliklə bağlı yüksək gözləntiləri olan adamlar bu gözləntilər təmin olmayanda xəyal qırıqlığı yaşayırlar. Buna görə də evlilik uzun yol kimi düşünülməli, həm pis gün, həm də yaxşı günlərin olacağı əvvəldən nəzərə alınmalıdır. İnsanlar gözlənti və məqsədlərinin 70-80 faiz uyğun olduğunu düşünürlərsə evlənmə qərarı ala bilərlər.

“Övladıma yaxşı model (nümunə) ola bilərmi?” sualını verməlidir.

Ətrafdakı hadisələrə eyni, yaxud da bənzər baxış bucağı sərgiləmək mühümdür. Belə deyək mədənilik səviyyələri bir-biriylə uzlaşmalıdır. Bir digər məsələ isə dəyişikliyə açıq olmaqdır. Əgər tərəflərdən biri “mən beləyəm, dəyişmirəm” deyib tərslik edirsə o zaman qarşı tərəf çarəsiz qalar, amma evlilikdə də “qızıl orta” məsələsi var, yəni tərəflərin hər biri müəyyən şeylərdə güzəştə getsə gözəl olar.

Təhsil səviyyəsi çox önəmlidir. Xüsusilə də kişinin təhsili, bilik səviyyəsi münasibətə çox təsir edir. Əgər qadın ondan daha yaxşı təhsilə sahib olarsa, kişi öz hakimiyyətini ailədə qurmağa çalışar, yəni özünü bu yolla təsdiq etməyə cəhd edər.

Evliliyə qərar verildiyi zaman ideal yaşdan çox psixoloji yaş önəmlidir. Yaş olaraq fiziki şərtlər uyğundursa, psixoloji olaraq cütlüyün evliliyə hazır olub olmadıqlarına diqqət etmək lazımdır. Bu mövzuda ailə quracaq insanların fikri daha önəmlidir, nəinki valideynlərin.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂