Cao Yuehua və Wang Dey, 98 yaşlı Çinli bir cütlükdür. 1943-ci ildə tanış olmuşlar. Tanışlıq illəri 2-ci Dünya Müharibəsi illərinə təsadüf etmişdir. O dövrdə Çinin Yapon işğalına uğradığını da düşünsəniz o günlərin asan keçmədiyini təxmin edərsiniz, amma hər şeyə rəğmən 1945-ci ildə evləniblər.



O gündən bu günə birlikdə olan cütlüyümüzün dörd övladı olmuşdur. Yaxın günlərdə 70-ci evlilik il dönümlərini qeyd edərkən eyni yerdə nigahlarını yeniləmək qərarı almışlar. Uşaqları da 70 il əvvəlki gəlinliyi, bəyliyi və çiçək buketinin eynisini təmin edərək bu xəyallarını reallaşdırmaqda cütlüyə köməkçi olmuşlar.



Cao uzun və xoşbəxt bir evliliyin sirrini belə qeyd edir: “Cütlüklər bir-birlərinə dəyər verməlidirlər. Mən hər zaman onu düşünərəm, o da məni düşünür.”






Bu yenilənən nigahdan cütlüyün uşaqları da çox məmnundur. Aralarında ən gənci olan 60 yaşlı Cao Pangpei, “bu günə qədər paylaşdıqları xatirələri qorumaqda onlara hər zaman yardım etmək istəyirik” deyir.



Bu möhtəşəm gəlinin isə ərindən birdə şirin diləyi var: “100 yaşımız olduqda buraya yenidən gəlsək olarmı?”



Bu xüsusi cütlüyün 70 il əvvəlki və bugünkü evlilik fotoşəkillərini və sevgi hekayələrini qibtə edərək sizinlə paylaşırıq.