Məsələ 1: Facebook-da like düyməsi artıq uzun zamandır yalnız bəyənmək funksiyasını daşımır

LİKE = SHARE

Bu nə deməkdir son zamanlarda tez-tez olan bir misal ilə anlatmağa çalışaq.

Bir qız gedir kluba, qəşəng qəşəng şəkillər çəkdirir ( qızın ata qardaşından, qohum əqrabasının gözündən iraq) gəlir evə facebook-a bir şəklini atır ki dostluğumda 100 nəfər var bəs nə olacaq. O şəkli 20 nəfər bəyənəndə bu o deməkdir ki, sənin dostların onu share ediblər. Hər 20 like edənin də 100 dostu olsa bu o deməkdir ki,  2000 nəfər-ə Facebook artıq sənin icazən olmadan şəklini yaydı.

Bu bəlkə də klublara gedən qızları o qədər də narahat etmir, çünki məqsəd çox zaman o olur ki, klub şəklini çəkir atır öz 20 000 , 30 000 minlik fan səhifəsinə və səni 10 minlərlə insan görür. Ona görə 2 000 insanın görməsinin nəyi qorxunc olsun ki !?.

Burada əsəs məsələ özlərini güdənlərə aiddir. Misal bir kimsə özünə nəzarət edən birisidir (hər gün artan özlərini buraxanlara qoşulmur) və bunu bilən mərdimaz qızı güdür güdür şantaj edir. Qız oğlanın istədiyini vermədikdə isə atır şəklini internetə.

Burada əmələ gəlir

Məsələ 2: Facebook-da müştəri xidmətləri demək olar ki, 0 səviyyəsindədir

Sən qız olaraq çox narahatsan, qorxursan biyabır olarsan, oğlanlandan asılı olub məcburən onunla razılaşırsan ki şəklini internetdən götürsün.

Nə götürməyi? Belə şey olar? Sənin şəklin artıq başqa adamların profillərində fırlanır. O şəkil ki, Facebook-a düşdü vəssalam sənin deyil!

Facebook milyard-ları qazanıb və sizə xidmət göstərməyə ehtiyac duymur. Onların veclərinə deyil kim nə edir nə bölüşür kimin evini yıxır. Hər kəsə şərait yaradıb ki, hər şeyini açıb töksün və like=share tipli “yenilikləri” ilə insanları “sevindirir”

Burada kim udacaq?

1) Facebook-u yaradanlar

2) Facebook-a girməyən

3) Facebook asılılığı olan, lakin özünə nəzarət edə bilən şəxslər

Çalışaq təhlükələrdən uzaq duraq

Sonluğu alimlərdən birinin fikri ilə bitirmək istəyirik, bir neçə il qabaq hələ facebook yumurtadan təzə-təzə çıxarkən alimdən bu haqqda nə fikirləşirsiniz soruşmuşlar. O da cavab olaraq demişdir:

Tam olaraq deyə bilmirəm ümümiyyətlə necə olacaq, ancaq o dəqiqdir ki Sosial şəbəkələr tərbiyəsizliyi adiləşdirəcək !

Əlqərəz çalışaq doğruya-doğru, yanlışa-yanlış qiymət verə bilək, hər kəsin axına düşüb düzgün hesab etdiklərinə yox…

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Facebook-da bu iki məsələyə çox insan nə fikir ..." A few seconds ago