«Fantastic Beasts: The Crimes of Grindelwald» bu payızda böyük ekranlara çıxacaq. Xoşbəxtlikdən trailerə artıq baxa bilərik! Warner Bros. çarxı 21 və 22 iyul tarixində San Dieogoda keçirilən Comic-Con festivalında nümayiş etdirdi.

Süjet xəttinin mərkəzində cadugər Gellert Grindelwaldı görürük. Bu qara qüvvəni zərərsizləşdirməyə kimin cəsarəti çatar sizcə?  Təbii ki, zooloq Newt Scamander və … Albus Dumbledoreun. Bəli, bəli! Potteriananın ilk hissələrindən tanıdığımız həmin o Professor Albus Dumbledore!

Bu qədər spoiler kifayətdir! İndi isə, deyin görək, 16 noyabr tarixini gözləyən neçə nəfərik? 😉