Böyük qulaqları, nəhəng xortumları və sevimli görünüşləri ilə heyvanlar aləminin ən çox diqqət çəkən üzvlərindən olan fillər, bütün bu xüsusiyyətlərlə yanaşı insanların bilmədiyi bəzi qəribə xüsusiyyətlərə də sahibdirlər. Meşənin ən böyük qonaqlarından olan bu sevimli heyvanların bilinməyən tərəflərindən bəzilərini sizin üçün topladıq.


1. Dünyanın ən böyük heyvanları arasında yer alan fillər, arılardan qorxurlar.



2. Dişi fillər sürü halında gəzərkən, erkək fillər yalnızdırlar və davamlı olaraq sürü dəyişdirərək yaşayırlar.



3. Xortumlu məməlilər sinfindən yalnız fillərin nəsli tükənməmiş və günümüzə qədər gələ bilmişdir.



4. İnsanlar xaricində çənələri olan tək məməli fillərdir.



5. Sürüdən bir fil öldüyü zaman uzun bir müddət yas tutduqları müşahidə edilmişdir. Hətta 2012-ci ildə həyatını itirən fil təlimçisi Lawrence Anthony’nin vəfatından sonra, iki böyük fil sürüsü onun cənazəsi üçün evinə qədər getmişdir.



6. Edison, elektrik axınının təhlükəsini test etmək üçün 1903-cü ildə bir filə elektrik verərək ölümünə səbəb olmuşdur.



7. Bir filin xortumunda, təxminən 50 min əzələ var.



8. Hamiləlik müddətləri təxminən 2 il davam edir və yeni doğulan bala fillər ortalama 100 kilo olur.



9. Fillər ayaq üstündə yatırlar, ancaq sirkdə işlədilən fillər bir müddət sonra insanlar kimi yatmağı öyrənirlər.



10. Qaçmağa başladıqlarında atlar qədər sürətlənə bilirlər.



11. Beyinləri təxminən 5 kilodur və bu sayədə dünyanın ən böyük beyinli canlısı ünvanına sahibdirlər.