Filmlər maraqlıdır, ancaq onlar haqqında daha maraqlı faktlar var. Sizin üçün həmin məlumatlardan bir neçəsini topladıq. 🙂

* Brus Li o qədər sürətli idi ki, onun hərəkətlərini dəqiq görə bilmək üçün kadrları asta sürətlə verməli olurdular.

* Amerikalı aktyor, üçqat Oskar mükafatçısı Cek Nikolson uşaqlıqdan nənəsinin anası, anasının böyük bacısı olduğuna inanaraq böyümüşdü.

* Bir dəfə Çarli Çaplin “Çaplinin oxşarları” müsabiqəsində üçüncü olmuşdu.

 


* Silvester Stallone müəyyən dövrdə zooparkda şir qəfəsi təmizləyicisi işləmişdir.

* Aktrisa Lillian Entvistl Hollivud yazısının “H” hərfindən tullanaraq intihar etmişdir.

* 1916-cı ildə Çarli Çaplin həftədə 10 min dollar qazanırdı, bu isə o vaxta görə rekord göstərici idi.




* Merlin Monronun əsl adı Norma Jan Mortenson idi, sonradan onu Norma Jan Beyker adına dəyişmişdir.

* Aktyor Con Travoltaya “Çikaqo” (2002) filmində Billi Flann rolu təklif edilmişdir, lakin rol Riçard Qirə qismət oldu.

* Aktrisa Qreys Kelli Monako şahzadəsi ilə evləndiyi üçün onun filmlərinin Monakoda göstərilməsi qadağan edilmişdir.

* Aktrisa Elizabet Teylor “Life” jurnalının üz qabığında ən çox çəkilən şəxsdir.

* Mikki Mausun yaradıcısı Uolt Disney ilk öncə onun adını Mortimer Mous qoymaq istəyirdi.