Amerikanlı Fotoqraf Harri Uutter Frisin fotoları yarım əsrdən çoxdur ki, diqqəti özünə çəkə bilir. Əsasən fotolarında 6-10 həftəlik heyvanlar olur və onlar əsasən insan həyatındakı səhnələri canlandırır. Fotoqrafın əsəs sevimli heyvanı pişiklər olsa da itlər, dovşanlar, donuzlardan da istifadə olunmuşdur. Harri öz anasının köməkliyi ilə işləyirdi. Belədiki anası balaca heyvancıqlar üçün paltarlar tikirdi və onların duruşunu nizamlayırdı. Fotoqrafın fotolarını daha çox açıqcalarda, təqvimlərdə və uşaq kitablarında görmək mümkündür. Aşağıdakı fotoların çoxu 1915-1916 cı illərdə çəkilmişdir…