Bir söz vardır: “Gözlərin rəngi, forması nə olursa olsun gözyaşlarının rəngi eynidir”. Hansı dildə danışırsa danışsın eyni gülür insanlar… Bu yaxınlarda sosial şəbəkələrdə tez-tez paylaşılan “İnsanlara gözəl olduğunu söylədiyinizdə” adlı bir video var idi. Bir tələbə əvvəl insanları baxır, sonra da onlara gözəl olduqlarını söyləyərkən üzlərində yaranan səmimi gülümsəmələrini çəkirdi. Bu layihəni görəndə də ilk ağılımıza gələn o video oldu…


Nə gözəl şeydir gülümsəmək.. Hələ birdə insanlar ürəkdən gülümsəyirsə… Fransız fotoqraf Rehahn’ın Vyetnamdakı layihəsi də tam olaraq gülüşlərə həsr olunmuşdur. Layihəsi ilə gözlərlə gülümsəyən insanlara diqqət çəkmişdir.