Rusiyanın “NTV Sport” telekanalı İspaniyanın 7-ci divizionunda mübarizə aparan bir klub barəsində maraqlı süjet hazırlayıb. Valensiyada yerləşən klubun adı “Baku-Valensiya”dır. Süjetdə komandanın yaranma tarixçəsindən bəhs edilib və yeganə sahibi və sponsoru Gülnarə Xanbabayevanın açıqlamalarına yer ayrılıb. Maraqlıdır ki, “Baku-Valensiya”nın sponsoru meyvə-tərəvəz dükanı işlətməklə komandaya himayədarlıq edir.