Әtrafımızda etdiyi işdən məmnun olmayan bir çox insan vardır, amma bəzi işlər var ki, kənardan həmişə zövqlə edilən işlərmiş kimi gəlir; məsələn futbolçu olmaq kimi… Amma bəzi futbolçular var ki, futbolu heç bir zaman sevməyiblər! Aşağıda sıraladığımız futbolçular da onlardan sadəcə bir neçəsidir…


Qabriel Batistuta

Futbolçuluq karyerasını 37 yaşında bitirən Batistuta, Argentina torpaqlarından çıxan ən böyük qabiliyyətlərdən biri idi. İtaliya Serie A tarixinin ən çox qol vuran futbolçular arasaında 8-ci olmağı Fiorentina və Roma formaları ilə çıxdığı 318 oyunda 184 qol vuraraq bacarmışdır. Argentina Milli Komandası ilə də 78 oyunda 56 qol vurmuşdur ki, bu sahədə rekordun sahibidir, amma o illər boyu bu qədər uğur qazanmasına baxmayaraq futbolu çox sevmirdi.

Hətta aktiv Futbolçuluğu əsnasında da jurnalistlərin qarşısında bu vəziyyəti gizlətməmişdi. “Sadəcə olaraq işimi edirəm. Evdə futbol yarışlarını seyr etməyi heç sevmirəm. Futbolu tərk etdikdən sonra da əsla futbola baxmağı düşünmürəm.” demişdi Batistuta.


Cristian Vieri

Cristian Vieri, 20 illik Futbol fəaliyyətinin ardından 36 yaşında futbolu tərk etmişdir. İtalyan ata və Fransız ananın övladı idi. Son vuruş qabiliyyəti ilə dillərə dastan futbolçu idi. 6 il İnterdə oynamış və oynadığı digər 11 komandalarda bir ildən artıq fəaliyyət göstərməmişdir. Bu futbolu çox sevmədiyinə və iş olaraq qəbul etdiyinə bağlı ola bilər.

Müsahibələrindən birində də “Futbolu çox sevdiyimi söyləyə bilmərəm. Bu işi pul qazanmaq üçün edirəm. Məşq və yarışlar başa çatdıqdan sonra futbol mövzusu mənim üçün bağlanır “demişdi. Futbolçuluq həyatından sonra məşqçi olmaq üçün çalışmayan Vieri, hal-hazırda restoran işiylə məşğul olur.


Sidney Govou

Siyahının ən maraqlı adı şübhəsiz ki, Govou’dur, çünki futbolu sevməməsiylə bərabər, bu mövzuya böyük bir maraqsızlığı vardı Govou’nun. Hətta yaşayan əfsanə David Beckhamı tanımırdı belə! Bir müsahibə zamanı rəqib komandanın ən əhəmiyyətli hücum gücü olaraq Beckham haqqında nə düşündüyü soruşulduğu zaman, belə demişdi: “Beckham’ı tanımıram. Əslində futbolu heç sevmirəm. Maraq duyduğum tək idman növü basketboldur. Boş vaxtlarımı zərb alətlərində ifa edib, oyunlar oynayaraq keçirirəm.”

Lyon formasıyla 20 yaşında professional olan Govou, bu formayla çıxdığı 412 oyunda 77 qol atmışdır. Fransız Milli Komandası ilə də 44 oyunda 10 qola imza atan 36 yaşlı futbolçu, son olaraq ABŞ komandalarından Miami City ilə müqavilə imzalamışdı.


Paskal Nouma

Kariyerasında bir çox komandada forma geyinsə də, Nouma futbolu sevmədiyini dilə gətirmişdi. “Mən bir az futboldan kənardayam. Fransada və Beşiktaşda oynayarkən də futbol yarışlarını izləmirdim. Futbolu sevmirəm. Basketbolu sevirəm, NBA-nı izləyirəm. Sahədə tər tökərkən 90 dəqiqəlik azadlığım olduğunu bilirdim. İşim sadəcə bundan ibarət idi. Bu isə evə qayıdandan sonra bitərdi. Davamlı olaraq futbol düşünmək yerinə mənə zövq verən şeylər edərdim” deyərək futbola olan marağını açıqlayırdı.


Nikola Anelka

Bir dövr Fənərbaxçada da oynayan və Avropanın əhəmiyyətli qabiliyyətlərindən olan Anelka, “futbol səyyahı” olaraq adlandırılır; çünki yolu Hindistana belə düşmüşdür. 37 yaşlı futbolçu, 20-ci illik kariyerasında çox pul qazanmasına baxmayaraq, bu işi etməkdən çox zövq almırdı. Futbolu tərk etdikdən sonra da bu işin içində olmaq istəmədiyini hər fürsətdə dilə gətirən Anelka, həyatının geri qalanında aktyorluq etmək və öz markasını qurub böyütmək istədiyini söyləyir.