Uzaq ellərə artıq Winter came! 7 krallıq donur soyuqdan və Daenerysin gözüyaşlı. Mavi atəşə qarşı qırmızı atəş qarşı-qarşıya gəldi !  Viseron öz hünərlərini ortaya sərir. Deyirlər, Şimalda tək qalan Cercei yeni planlar üçün Westerosun ən dağlıq bölgəsi olan Qusara gəlib. O gəldisə bütün şimal arxasınca töküləcək ora. Qusarı Lennisterlərə verməmək üçün yollanırıq Laza kəndinə. Başlasın War !!!

Turun proqramı:

06:40 – Gənclikdə Mall`un qarşısında görüşürük
07:00 – Yola düşürük
10:30 – Laza kəndi girişi, yürüşə başlayırıq
12:00 – Kənd evi, çay süfrəsi. Samovarlaşma!
13:00 – Şəlalələrə doğru yol alırıq
14:00 – Şəlalə ətrafında asudə vaxt, oyunlar (Battle of Bustards)
17:30 – Kəndin girişinə doğru geri dönürük
18:00 – Krallığa yola düşürük
20:00 – Çay fasiləsi
21:30 – Bakıdayıq

Turun qiyməti:

1 nəfər üçün – 35 AZN

Başlama tarixi:
 27 Aprel

Qiymətə aşağıdakılar daxildir:

– Bakı-Winterfell-Bakı Nəqliyyat
– Kənd evində çay süfrəsi
– Səyahət sığortası
– Hərcür nazınızı çəkəcək Bələdçilər
– Bakı yolunda çay fasiləsi
– Yaxşı Profil Fotoluq şəkillər

Lazımi Ləvazimatlar:

– Bel çantası (həcmi 10-30 litr)
– Rahat geyim, su və külək keçirməyən gödəkçə
– Rahat və sukeçirməz bot və ya idman ayaqqabısı
– Gün eynəyi tozluq və yürüş çubuqları (arzuolunandır)
– Əlavə geyim (corab, qısaqol köynək, papaq, əlcək və s.)
– Şəxsi əşyalar (termos, qab-qaşıq, salfet, fincan və s.)

Qida:

Özünüzlə yarım günlük yemək (nahar) və su ehtiyatı (1L) götürülməlidir. Çörəkarası, şokolad, qurumeyvə, çərəz, tərəvəz, müxtəlif konservalar ola bilər (termosda qaynar su götürməkdə arzuolunandır. )

Qeyd:

#1 Tura 5 gün qalmış iştirakdan imtina edilərsə ödənişin 50%-i geri qaytarılır.
#2 Tur günü və ya tura iki gün qalmış ödənişin heç bir hissəsi geri qaytarılmır.

Qeyd (2):

Hava yağışlı, soyuq ola bilər, özünüzlə yağmurluq (su keçirməyən plaş) götürməyiniz məsləhətdir. Bakıda yox, Lazada olacayıq 😀 Yer palçıq ola bilər, hiking boots götürməyiniz arzuolunandır.

Turda iştirak və əlavə suallar üçün 050-203-32-47 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Online qeydiyyatdan keçmək üçün bura tıklayın.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂