Genetik modifikasiyaya məruz qalmış orqanizmlər – qida məhsulları və canlı orqanizmlərdir, hansı ki gen dəyişmə sənayesinin köməyi ilə əldə edilib. Geni dəyişdirilmiş məhsullar daha məhsuldar və dözümlü olur.

    Hal-hazırda Azərbaycanda genetik modifikasiyaya uğramış məhsullar yetişdirilmir, lakin bu məhsulları xaricdən gətirilmiş məhsullarda görmək olar. Amerika bu məhsulların istehsalı və istehlakı üzrə dünyada birinci yeri tutur.


    GMO nədir?

    İlk növbədə bu həriflərin açıqlamasını araşdıraq. GMO – Genetik Modifikasiyaya uğramış Orqanizm deməkdir. Burada həm bitkilər, həm də canlılar obyekt qismində istifadə edilir. Beləki, orqanizmin genetik koduna yad orqanizmin genləri əlavə edilir. Müasir genetika artıq bir çox sədləri aşmışdır və onun üçün bitki geninə hər hansısa bakteriyanın yaxud heyvanın daxil etmək çətinlik təşkil etmir.

    Misal üçün, söhbət geni dəyişdirilmiş kartofdan gedirsə, bu o deməkdir ki, onun genetik koduna əqrəb genləri daxil edilmişdir. Bununla kartof tərəvəz kimi ziyanvericilərə qarşı müqavimət əldə edir və daha məhsuldar olur. Yaxud buğdaya onun tərkibində olmayan vitaminlərin, fermentlərin genləri daxil edilir. Bunun nəticəsində buğdanın məhsuldarlığı dəfələrlə artır.


    GMO məhsullarının qorxusu var?

    İlk bağışdan hesab olunur ki, GMO sənayesi ancaq iqtisadi artıma, bolluğa yardım edir. Lakin, məhsulların tərkibində yad orqanizmlərin genlərinin olması ideyası təbii prosesslərə ziddir. Vizual olaraq belə məhsulları ayırd etmək olduqca çətindir. Bunun üçün sərt laborator müayinə keçirmək lazımdır. Bəzən elə olur ki, qida məhsullarının tərkibində bir yad gen yox, bir neçə yad orqanizmin geni olur.

    Qeyd etmək lazımdır ki, GMO məhsullarının insan orqanizminə təsiri, zərəri elm tərəfindən tam olaraq araşdırılmayıb və bu haqda rəsmi məlumatlar yoxdur. Buna görə də bu günki dövrümüzdə elm bu məhsulları sadəcə “potensial təhlükəli məhsullar” kimi adlandırır. Bu isə o deməkdir ki, elm bu məhsulların orqanizmə olan təsirinə tam nəzarət və idarə etmir. Bir tərəfdən düzdür, bu sahə yenidir və konkret rəy bildirmək çətindir. Digər tərəfədən parodoksal vəziyyət yaranır: axı bunu araşdırmaq üçün elmin kifayət qədər imkanları var. Sanki elm kənara durub, GMO məhsullarının zərəri haqqında susur. Buna gör də ancaq hipotezaların mövcudluğuuna əsaslanaraq GMO məhsullarının təhlükəsini anlaya bilərik:

    1. GMO məhsullarının tərkibinə trans gen (başqa orqanizmin yad geni) daxildir. Alimlər vurğulayırlar ki, həzm prosesində bu gen insan geni ilə birləşmədiyi üçün heç bir təhlükə yoxdur, lakin hipotezada kiçik rəqəmlərlə qeyd olunur: bu genlər bir çox həzm, mədə-bağırsaq xəstəliklərinin və allergik reaksiyaların səbəbkarı ola bilər.

    2. GMO məhsulları hər bir orqanizmə müxtəlif şəkildə təsir edir. Bir insan üçün bu məhsulların zərəri tamamilə neytral ola bilər. Digər biri üçün isə ciddi problemlər yarada bilər. Hər şey insan orqanizminin individual dözümlülüyünə və GMO məhsullarının qəbul edilmiş kəmiyyətinə əsaslanır. Bununla belə, bu məhsulların zərərini tam obyektiv şəkildə qiymətləndirmək üçün ən azı 30 il ancaq bu məhsullarla qidalanmaq lazımdır. Buna isə heç kim özünü sınaq obyekti qismində görmək istəməz.

     GMO məhsulları nə səbəbə yaradılır?

    Məntiqi uyğun olaraq sual yaranır: mənfi təsirini idarə və nəzarət edə bilinməyən məhsullar nə səbəbə yaradılır? Alimlər gələcəkdə yarana biləcək inkişaf və mutasiya prosesslərinin deformasiyası haqqında niyə susur? Cavab sizi təəccübləndirəcək. Bu məhsullar ilk dəfə istehsal olunanda, onlar 3-cü dünya ölkələri və Afrika ölkələrinə ixrac üçün nəzərdə tutulmuşdur. Belə deyək, aclıqdan əziyyət çəkən ölkələrə köməklik məqsədilə aparılan eksperimental layihə. Lakin, artıq neçə ildir ki, həmin “aclıqda olan” Afrika ölkələri bu məhsulların idxalına qadağa qoymuşdur. Loru dildə desək, GMO məhsullarının qəbulundansa acından ölməyi üstün tutmuşdur.

    Yuxarıda qeyd etmişdik ki, belə məhsulları vizual olaraq tanımaq, seçmək olduqca çətindir, lakin mümkünsüz deyil. Belə məhsulların bir neçə ortaq əlaməti olur:

    –          Uzunmüddətli saxlanma qabiliyyəti (belə məhsullar gec xarab olur).

    –          Bu məhsullara qurdlar və bakteriyalar hücum çəkmir.

    –          GMO məhsullarının hamısı sanki eyni standart ölçüdə olur, parlaq və hamar səthə malik olur.

    –          Belə məhsulları kəsib saxladıqda, onlar nə rəngini, nə də formasını dəyişir.

 

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry