Böyük Mavi Dəlik (Belize). Beliz şəhərinin 96.5 km xaricində yerləşən Böyük Mavi Dəlik təxminən 0.4 km diametrində və 145 m dərinliyindədir. Bura dünyanın ən ovsunlayıcı dərinliyə enmə sahələrindən biridir. Bu dəliyin tünd mavi olmasını təmin edən şey isə dərinlikdir.

Dalğa (Arizona və Utah arasında, Amerika). Arizona və Utah sərhəddi üzərində yerləşən 190 milyon illik qum təpəciklərinin qırmızı qayaya çevrilməsindən meydana gəlmişdir. Çox da bilinməyən bu çevrilmiş qayaları görmənin tək yolu 4.8 km gəzməkdir.

Antilop Kanyonu (Arizona, Amerika). Amerikanın cənub-qərbində ən çox ziyarət edilən və rəsmi çəkilən kanyon Arizonadakı Antilop Kanyonudur. “Çatlaq” və “Spiral” adlı iki hissədən ibarət olan kanyon Page’in yaxınlarındakı Navajo torpaqları üzərində yerləşir. Navajo qırmızıdərililəri kanyonun üst qisiminə “Tse bighanilini” (Suyun qayalar arasından axdığı yer) deyirlər.

Kristal mağarası (Meksika). Meksika, Chihuahuanın cənubunda yerləşən bu kristallar torpağın altında qalan qayaların içində təbii şəkildə meydana gəlmişlər. Palma ağacları qədər uzun olan kristallar yarı şəffaf qızıl və gümüş rəngində, müxtəlif şəkillərdə olur.

Saxaranın Gözü (Mavritaniya). Mavritaniyadakı Saxara çölünün cənub-qərb bölgəsində olan ərazi-Saxaranın Gözü, 48 km diametrində və kosmosdan da görünür. Bu ərazinin meteorit vuruşmasının nəticəsində olduğu düşünülsə də, indi alimlər bunun eroziya nəticəsində meydana gəldiyinə inanırlar.