Filmlərdə ciddi, soyuqqanlı gördüyümüz aktyorlar real həyatda tamamilə fərqli insan imişlər.
Jason Momoa
Filmlərdə sərt üzü və qorxulu görünüşü ilə qarşımıza çıxan Momoa gerçək həyatda filmlərindəki obrazlardan tamamilə fərqlidir. “Game of Thrones” serialı və “Aquaman” filmindəki o ciddiliyin, qaşqabaqlılığın yerini reallıqda gülümsəyən və pozitiv sima alır.
Bradley Cooper
Bredlinin sadəcə aktyor deyil, eyni zamanda bacarıqlı musiqiçi, müğənni və rejissor olduğunu artıq bilirik. Filmlərində eşqbaz rollarında olsa da, real həyatda elə deyil. Evli olmasa da, İrina Şeyk ilə münasibəti olan aktyorun İrinadan bir qızı da var.
Ryan Gosling
Bredli haqqında qeyd etdiklərimizi “The Notebook” filmindəki rolunu əsla unutmayacağımız Rayan barəsində də deyə bilərik. Bu filmdən sonra oradakı qəhrəmanla heç bir ortaq nöqtəsinin olmadığını desə də, Eva Mendeslə tanış olduqdan sonra o, Rayan deyil, Nuhdur. Cütlüyün iki uşağı var.
Chris Hemsworth
Ancaq atalardan yazdıq deyəsən, amma, eybi yox. Krisin olmadığı Marvel olarmı? Təbii ki, olmaz. Filmlərdə dünyanı, gerçək həyatda isə evini xilas edən super atadır. Elza Pataki ilə evli olan aktyorun üç uşağı var.
James Franco
Biz onu filmlərdə görməyə öyrəşsək də, bizim bilmədiyimiz bir çox bacarıqları var; fərqli jurnallar üçün məqalələr yazır, musiqi ilə maraqlanır, dərs keçir… Daha nə olsun?
Jamie Dornan
“Bozun Əlli Çaları” trilogiyası ilə məşhurlaşan Cemi 2 uşaq atasıdır. Yaraşıqlı aktyor haqqında çox məlumat paylaşmağı, şəxsi həyatı ilə bağlı gündəmdə olmağı sevmir.