Yaxşısıyla, pisiylə bir ili də birlikdə geridə qoyduq. Xüsusilə 2015-ci il “Bildirchin Group” olaraq bizim üçün önəmli və gözəl bir il olaraq yadda qaldı. İl ərzində sizlərlə çoxlu sayda şəkil, video, post, film və s. paylaşdıq.. Bu postumuzda isə il ərzində paylaşdıqlarımızdan ən çox hansıları sevdiyinizi müəyyənləşdirdik. Buyurun, “Bildirchin Group”da 2015-ci ildə ən çox bəyənilənlər…


Son 1 ildə 500.000-dən çox insanın əyləncəli şəkildə nəsə öyrəndiyi, müsbət enerjiyə sahib olduğu, arada reallıqlara nəzər yetirərək bəlkə də kədərləndiyi HD keyfiyyətdə olan Azərbaycanlıların böyük Post layihəsi olan Bildirchin.az’da 2015-ci ildə ən çox oxunan 10 post



400-dən çox filmin yer aldığı Media Bildirchin layihəmizdə 2015-ci ildə sizlər tərəfindən ən çox sevilən və ən çox izlənilən 10 film



Gün-gündən yerli və xarici izləyici sayımızın artmaqda olduğu “Bildirchin Posts” adlı rəsmi Facebook səhifəmizdən 2015-ci ildə əldə etdiyimiz 2 rekord göstərici… 

Dünya üzrə 145 000-dən çox (like) insan tərəfindən bəyənilən şəkil

21 milyondan çox baxış sayı olan video

Qeyd etmək istərdik ki, bu il 5 milyon baxışdan çox olan 10-dan çox videomuz oldu


Uzun-uzadı statistik göstəricilərimiz ilə sizi yormaq fikrimiz yoxdur. Fürsətdən istifadə edib Analitiklərimiz təqdim etdiyi rəsmi “Google Analytics” və “Facebook” göstəricikərinə görə sadəcə 2 rəqəmi sizə çatdırmağı özümüzə bord bilirik. 

1. Layihələrimizdən son bir ildə 650.000-dən çox Azərbaycanlı istifadə etdi

2. Fan səhifəmizdə paylaşımlarımıza dünya üzrə ortalama günlük olaraq 247.237 izləyici maraq göstərdi



Və nəhayət, maddi vəziyyətiniz çox yaxşı olmaya bilər, həyatınızda aşmalı olduğunuz problemləriniz ola bilər. Amma hər nə olursa olsun həyat eşqinizi itirməyin. Yeni ildə yeni qərarlar verin və hərəkətə keçin. 2016-ci il sizin üçün yeni bir həyata yeni bir başlanğıc olsun. Bu fürsəti qaçırtmayın deyərək, 2015-ci ilin son postunu burada bitiririk. Yeni iliniz mübarək… Sevdiklərinizlə, sevənlərinizlə… 🙂