Google axtarış sisteminin bir çox imkanlarından xəbəriniz yoxdur. Bu imkanlardan istifadə etməklə işinizi qat-qat sadələşdirə bilərsiniz.

  1. LastPass – parolları yaddaşda saxlamaq üçün nəzərdə tutulmuşdur.

  2. StayFocusd – diqqətinizi yayındıran saytları blok etmək üçündür.

  3. Lazarus – onlayn cədvəl hazırlayanlar və ya brauzerlərdə yazı yazanlar üçün əvəzsizdir,
    çünki Lazarus brauzerdən ani çıxış olunan zaman yazdığınız mətn və yaratdığınız cədvəlləri bir kliklə bərpa edir.

  4. AdBlock Plus – Facebook və ya Youtubeda qarşınıza çıxan reklamlardan bezmisinizsə, bu imkan sizin üçündür. Adından da məlum olduğu kimi AdBlock reklamları blok etmək üçün nəzərdə tutulmuşdur.

  5. Eyni anda iki saytda işləmək istəyirsiniz? Split Screen ilə bu mümkündür.

  6. Səhifənin skrinşotunu çəkmək üçün isə Awesome Screenshot var.

  7. Google axtarış sistemində seçdiyiniz mətni səsləndirmək imkanı belə var. Bunun üçün SpeakIt -dən istifadə edin.

  8. Oxuduğunuz mətndə sözlərin sayını müəyyən etməyə Word Count kömək edər.

  9. Hər hansı məqaləni və ya videonu çox bəyəndiniz, amma indi oxumaq və ya baxmaq üçün uyğun zaman deyil? Pocket onu yaddaşa verər!

  10. Momentum isə sizin şəxsi panelinizdir. O, Sizi salamlayır, saat və dərəcə haqqında məlumat verir, tez-tez istifadə etdiyiniz saytları bir araya toplamaq və gün ərzində etməli olduğunuz məsələlərin siyahısını tutmaq imkanını verir.