Bir balaca araşdırma etdik və məlum oldu ki, heç də hər yeri görmək mümkün deyil. Aşağıda sizi bu yerlər ilə tanış edəcəyik

1. Beyker gölü, Kanada

“Doktor Boylan” adlı şəxsin sözlərinə görə bu yer ona görə görüntüdən bağlıdır ki,  yadplanetlilərin tez-tez gəlib getdiyi məkandır


2. Ramşteyn hərbi bazası, Almaniya

Bu yer Nato hərbi bazasına aiddir və deyilənə görə İraqdakı müharibələrə görə çox istifadə olunub. Çox güman ki, terror aktlarından qorunmaq üçün baza Google Maps-dan kəsilərik götürülüb


3. Sakit okean sahil ərazisi, ABŞ

Şəkildə görə bilmədiyimiz kəsilmiş ərazi nədir? Bu yer Vaşinqton ilə Oreqon sərhədi yaxınlığında yerləşir. Ətrafına gedənlər hündür hasar, girişində heç nə qeyd olunmayan vahiməli bir yer görüblər. Dəqiq nə olduğu, niyə Google-da kəsildiyi bilinmir.


4. Zavod, Venqriya

Google Maps-in qəribə yerlərindən biridir. Bura sadəcə yaşıl rəngə boyanıb, zavod ərazidən götürülüb, binalar pozulub. Görə bildiyiniz yeganə şey adi otlardır


5. Hyuis ten sarayı, Hollandiya

Təsəvvür etmək çətindir ki, kimsə burada terrakt törədə bilər. Hər tərəfdən Google Maps-da görmə ilə məhdudlaşdırılmışdır, lakin ətrafı və ağaclar aydın görsənir


6. Naməlum ərazi, Rusiya

Heç kəs bilmir ki, bu ərazidə nə var, nə səbəbə görsənmir. Bəzi fikirlərdən biri budur ki , burada Rusiyanın raket əleyhinə bazası mövcuddur, lakin bunun özü də fərziyyərdir


7. Neft korparasiyası Mobil, Buffalo, Nyu-Nork, ABŞ

Bu ərazidə də görüntü nə səbəbə məhdudlaşıb bilən yoxdur


8. Şimali Koreya

Bu ölkə haqqında çoxu eşitsə də, çox az adam orada olmuşdur. Siz oranı heç Google Maps-da da düzəməlli gəzə bilməyəcəksiniz :) , yollar orada bilinmir, küçə adları və s. detallar yoxdur.


9. Reymsdə aviabaza, Fransa

Buranın da nə üçün qapalı olduğu heç kəsə məlum deyil


10. İndian Point elektrostansiyası, Nyu-york, ABŞ

Bu yer də görünməyən yerlər sırasındadır. ABŞ-ın bir çox ştatı elektrostansiyanı qapatmağa çağırmışlar. Bunun səbəbi isə zəlzələyə davamlı olmamasıdır. Onların sözlərinə görə, bu stansiya Yaponiyadakı Nüvə stansiyası qədər təhlükəli ola bilər.


11. Aviabaza Volkel, Hollandiya

Bu bazada da bir şey görmək mümkün deyil, Wikileaks-in məlumatında görə diplomatik yazışmalarda bu yerdə nüvə başlıqlarının saxlanması öz təsdiqini tapmışdır


12. HAARP, Hakona, Alyaska, ABŞ

HAARP (ing. High Frequency Active Auroral Research Program; tərc. Yüksəktezlikli Aktiv Avroral Tədqiqatlar Proqramı) — ABŞ-da Qütb parıltısının öyrənilməsi üzrə həyata keçirilən elmi-tədqiqat layihəsidir.

Proqram çərçivəsində ionosferin xüsusiyyətlərini araşdırmaq üçün həyata keçirilən tədqiqatlar Alyaskada aparılır. İonosferə bu cür müdaxilə ideyası ilk dəfə Nikola Tesla tərəfindən irəli sürülmüşdür.

Layihənin dayandırılması üçün bir sıra ölkələrdə kampaniyalar aparılır. Çünki HAARP layihəsinin iqlimə nəzarət və süni zəlzələ silahı ola biləcəyinə dair iddialar mövcuddur.

HAARP, Pentaqonun nəzarətində və ABŞ ordusunun xidmətində olan mühüm bir layihədir. Alyaskadakı mərkəzdə hazırda yüksək tezlikli radio siqnalı yayımlaya bilən cəmi 48 antenna vardır. Bunlardan əlavə, yüksək tezlikli siqnallarla əlaqəli fəaliyyətlərdə istifadə olunacaq bir radarın qoşulması da planlaşdırılır.

HAARP layihəsi sayəsində, ionosferin qızışdırılması yolu ilə çox aşağı tezlikli dalğalar (ELF) da yaradılmaqdadır.

Elektromaqnetik dalğalarla bir çox sınaqların aparıldığı bu ərazi təyyarələr üçün təhlükəlidir. Buna görə də HAARP təsislərində, təyyarə nəzarət sistemi mövcuddur və hər hansı təyyarənin yaxınlaşması zamanı antennaların fəaliyyəti avtomatik olaraq dayandırılır.

 

13. Yarış meydançası Mazda Laquna Seka, Salinas, Kaliforniya, ABŞ

Bura Google Maps-in ən qəribə bağlanışlarından biridir. Yarış meydançasında görməni məhdudlaşdırmaq Google Maps-in nəyinə lazımdır bilinmir.


14. Vavilon, İraq

Vavilon şəhərində görüntü məhdudlaşıb, bir çoxlarının sözünə görə bu sərhədlərlə bağlıdır


15. Tantauko milli parkı, Çili

Bu qoruq olan milli parkın görüntüsü  tam olaraq məhdudlaşıb. Bunun səbəbi nədir heç kəs bilmir


16. Elmirdə həbsxana, ABŞ

Bu həbsxana ən yüksək qorunması ilə Nyu-Yorkda fərqlənir. Bəlkə də yenə də təhlükəsizlik əsas götürülüb burada, kim bilir ?!


17. Aleksandır Millerin evi, Rusiya

Bu ərazidə Qazpromun icraçı direktoru olan Aleksandr Millerin şəxsi imarəti yerləşir, lakin nə səbəbə ancaq Millerin evi Google Maps-da pozulub heç kəs bilmir, bəlkə də onlara etirazımızı bildirmək üçün kifayət qədər qüdrətə sahib olmamışıq


18. Polkovnik Sanders

KFC-in siması polkovnik Sanders Google Street-in bütün xəritələrində üzü örtülüdür. Bu da Google-un qəribəliklərindən biridir


19. Faro adası, Daniya

Belə hesab olunur ki bu ərazidə bizə məluma olmayan texnikalar saxlanır, ona görə görüntü tam məhduddur


20. Nato qərargahı, Portuqaliya

İlk baxışdan normal şəkilə bənzəsə də şəkildə anormallıq var. Natonun (Binanın)  ustünə digər yerdən kopiyalanmış torpaq ərazisi yapışdırıblar. Çox qəribə


21. Sibruk nüvə stansiyası, Nyu-Hempşir

Belə hesab olunur ki, bu ərazidə ABŞ-ın Sibruk adlı nüvə elektrik stansiyası var


22. Raket şaxtası, İspaniya

İspaniyada yerləşən bu ərazini də nə üçün tam örtdükləri bilinmir.


23. Atom zonası, Fransa

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "‘Google Maps’ın gizlətdiyi 23 yer… (Araşdırma)" A few seconds ago