Gözəlliyimizə təkcə xarici faktorlardan əlavə daxili faktorlar da təsir göstərir. Diyetoloqlar aşağıdaki ərzaqların qəbul edilmə miqdarına diqqət etməyi məsləhət görür:

  • Qəhvə qırışların yaranmasına və dərinin erkən yaşlanmasına yol açır. Bizi gumrahlaşdırarkən o, gözəlliyimizi taqətdən salır, kortizol ifrazını sürətləndirərək stresə səbəb olur.
  • Şirniyyatlar belimizin incəliyi ilə yanaşı, həm də dərimizin sağlamlığını əlimizdən alır. O, dəri quruluğuna və qırışların yaranmasına səbəb olur. Bununla iş bitmir: şirniyyatlar saçların tökülməsini də gücləndirir.
  • Süd isə üzümüzdə şişkinlik və səpkilərə gətirib çıxar bilər.
  • Saçlarınızın tez yağlanırsa yağlı ətlərdən imtina edin. Onlar bu problemi qəlizləşdirir.
  • Sitrus meyvələri diş minasına zərər verir. Bu səbəbdən də, portağal və naringidən zövq aldıqdan sonra ağzınızı yaxalamağı unutmayın.
  • Çay isə dişlərin saralmasına səbəb olur.
  • Şirin qazlı içkilərin aludəçisisinizsə, dırnaqlarınızın qırılmasına təəccüblənməyin. Bunun ikinci səbəbi duzlu qidalardır.

Yox, bu o demək deyil ki, siz saydığımız ərzaqları qara siyahıya salmalısınız. Unutmayın ki, hər şey Nizami Gəncəvinin vurğuladığı kimi, normada gözəldir: bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir su da.